Azərbaycanın 50 manatlıq pul nişanı ən mükəmməl banknot kimi FİNALA ÇIXDI
Yenilənmiş 50 manatlıq pul nişanı "2022-ci ilin ən mükəmməl yeni pul nişanı" nominasiyası üzrə müsabiqədə finala çıxıb.
KONKRET.az xəbər verir ki, ABŞ-ın tanınmış "Beynəlxalq Pul Nişanları Assosiasiyası" (IACA-ABŞ) tərəfindən "2022-ci ilin ən mükəmməl yeni pul nişanı" nominasiyası üzrə beynəlxalq müsabiqə keçirilib və bu müsabiqəyə dünya ölkələrinin, o cümlədən Avropa, İngiltərə, Avstraliya, Meksika, İndoneziya, Azərbaycan, Qazaxıstan, Sinqapur, Filippin və digər ölkələrin mərkəzi bankları tərəfindən 2021-ci ildə tədavülə buraxılmış pul nişanları cəlb edilib.
Müsabiqə nəticəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən 2021-ci ilin əvvəlindən yenilənərək tədavülə buraxılmış 50 manatlıq pul nişanı 2022-ci ilin ən mükəmməl banknotu kimi finalçılar sırasına seçilib.
Bundan əvvəl yeni 50 manatlıq pul nişanı 2021-ci ilin noyabr ayında Beynəlxalq Holoqram İstehsalçıları Assosiasiyası (IHMA) tərəfindən Böyük Britaniyada təşkil edilmiş beynəlxalq konfransda "Ən təhlükəsiz mühafizə sisteminə malik banknot" nominasiyası üzrə qalib seçilib.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var
"Mən sizinlə birlikdə Bakıya getməyə hazıram" - Ruben Vardanyanın həyat yoldaşı