Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulub

Azərbaycanın aparıcı mobil operatoru İqlim Fəaliyyətinə qoşulubAzercell GSMA ilə strateji tərəfdaşlıq çərçivəsində mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq üzərində çalışacaq
Azərbaycanın aparıcı mobil operatoru "Azercell Telekom" MMC GSMA təşkilatının aktiv üzvü olaraq İqlim Fəaliyyətində iştirakını qürurla elan edir. "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik" strateji məqsədinə uyğun olaraq Azercell mobil sənayeni sıfır karbon emissiyasına yaxınlaşdırmaq istiqamətində çalışacaq.
"Bizim GSMA İqlim Fəaliyyətinin İşçi Qrupuna üzvlüyümüz həyat keyfiyyətinin yüksəldilməsi və daha sağlam gələcəyin dəstəklənməsinə yönəlik strateji məqsədimizin bariz sübutudur. İnanırıq ki, bu proqram çərçivəsində həyata keçirilən təşəbbüslər ölkəmizin davamlı inkişafına töhfə verəcək", deyə "Azercell Telekom" MMC-nin prezidenti Zərinə Zeynalova bu proqramın əhəmiyyətini vurğulayıb.
GSMA-nın iqlim dəyişikliyi ilə mübarizə fəaliyyəti Azercell də daxil olmaqla dünyanın 60-dan çox sənaye liderini  bir araya gətirib. Proqram iştirakçıları birlikdə mobil sənayeni 2050-ci ilə qədər sıfır karbon emissiyası məqsədinə nail olmağı və bununla da qlobal iqlim böhranının həllində mühüm rol oynamağı hədəfləyir. 
Bu proaktiv ekoloji mübarizə fəaliyyəti iqlim təşəbbüsləri istiqamətində mobil sənaye təchizatçıları ilə birgə iş, mobil cihaz və avadanlıqların ekoloji dayanıqlığının artırılması, innovativ texnologiya vasitəsilə karbon emissiyasının azaldılması üçün mobil rabitədən istifadə və sürətli iqlim dəyişikliyi dövründə ekstremal hava şəraitini idarə etmək üçün infrastrukturun möhkəmləndirilməsi kimi geniş mövzuları əhatə edir. 
Qeyd edək ki, GSMA müsbət biznes mühiti və sosial dəyişikliyin əsasını təşkil edən innovasiyaların axtarışı, inkişafı və tətbiqi üçün mobil ekosistemi bir araya gətirən qlobal təşkilatdır. 
"Azercell Telekom" MMC iqlim dəyişikliyinin mənfi təsirinin azaldılmasına və mobil sənayenin davamlı və ekoloji cəhətdən sağlam gələcəyə yönləndirilməsinə istiqamətlənmiş kollektiv təşəbbüslərə fəal töhfə verməklə korporativ məsuliyyətinə sadiqliyini ifadə edir.  / azxeber.com

İqtisadiyyat       Tarix: 13 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


azerbaycan xeberleri yeni xeberler son xeberler xabar az xeber.az 2026 ən son xeberler oxu.az xeberler