Azərbaycanın Avropaya çıxışı asanlaşır: Gürcüstan tarixi jesti unudacaq, yoxsa Bakıya dəstək olacaq? - VACİB MƏQAMLAR
Qars-İğdır-Aralıq–Dilucu xəttinin açılması Azərbaycanın Avropaya çıxışını daha da asanlaşdıracaq. Bəs bu, Gürcüstana hansı problemlər yarada bilər? Tbilisinin narahat olmaq üçün səbəbi varmı?
Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanın yeni layihələri ölkənin həm iqtisadi, həm də geosiyasi gücünü artırır:
"Azərbaycan ərazi bütövlüyünü təmin etdikdən sonra yeni hədəflər müəyyən edib. Xüsusilə, ölkənin iqtisadi imkanlarının genişlənməsi və beynəlxalq aləmdə rolunun güclənməsi istiqamətində ciddi addımlar atılır. Qars-İğdır-Aralıq–Dilucu xəttinin açılması Azərbaycanın imkanlarını daha da genişləndirəcək. Uzun illər Azərbaycan Gürcüstan üzərindən müxtəlif marşrutları reallaşdırıb və bu, Tbilisiyə əlavə imkanlar qazandırıb. Lakin Azərbaycanın digər istiqamətlərdə də addımlar atması Gürcüstan üçün narahatlıq doğurmamalıdır".
Siyasi şərhçi qeyd edib ki, Bakı ilə Tbilisi arasında münasibətlər tarixi bağlılıq və qarşılıqlı etimada əsaslanır:
"Azərbaycan Gürcüstanın ən çətin vaxtlarında yanında olub. Xüsusilə Rusiyanın Gürcüstanın qaz təminatını kəsdiyi vaxtlarda Azərbaycan tərəfindən Gürcüstana qaz verilməsi böyük tarixi jest idi. Gürcü xalqı da bunu yüksək qiymətləndirir. Azərbaycanın Gürcüstanın iqtisadi inkişafı üçün mühüm addımları olub və bundan sonra da bu istiqamətdə proseslər davam edəcək. Digər istiqamətlərdə layihələrin reallaşdırılması isə tamamilə təbiidir və heç bir ölkəni, o cümlədən Gürcüstanı narahat edə bilməz".
Müşviq Tofiqoğlu
KONKRET.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycan nefti bahalaşdı
Avtomobil dərəyə aşdı: ölən və yaralananlar var