Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində tədbir keçirilib - FOTO

Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində tədbir keçirilib - FOTO2020-ci ildə Azərbaycanın Beynəlxalq Enerji Xartiyası Konfransına sədrliyi çərçivəsində "Enerji İnvestisiyaları üzrə Risklərin Qiymətləndirilməsi" üzrə üçüncü hesabatın (EIRA 2020) onlayn formatda təqdimatı keçirilib.
Energetika Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hesabat Asiya, Avropa, Amerika və Afrikanı əhatə edən 30 ölkədə enerji investisiyaları üzrə hüquqi və tənzimləyici riskləri qiymətləndirir.
Tədbirdə Energetika nazirinin müavini Samir Vəliyev çıxış edərək bildirib ki, COVID-19 pandemiyası ilə əlaqədar çətinliklərə baxmayaraq, Azərbaycanın sədrliyi dövründə BEX Müqaviləsinin müasirləşdirilməsi üzrə danışıqların birinci raundu keçirilib, həmçinin "Enerji investisiyaları üzrə risklərin qiymətləndirilməsi hesabatı" hazırlanıb. Builki hesabatda iştirakçı ölkələrin enerji sektorunda investisiyaların təhlili üzrə əhəmiyyətli məlumatlar və göstəricilər əks olunub. Hesabat dövlət qurumları, sənaye müəssisələri və hüquq mütəxəssisləri, o cümlədən tədqiqat mərkəzləri üçün çox faydalıdır.
Azərbaycana Konfransa sədrliyi dövründə həyata keçirdiyi tədbirlərə görə təşəkkürünü bildirən Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnak isə "EIRA 2020" hesabatına dair təqdimatla çıxış edib. Təqdimatda, xüsusilə pandemiya dövründə hökumətlər tərəfindən yalnız dəstək tədbirləri deyil, uzunmüddətli hədəfləri nəzərə alan siyasi alətlər, nəzarət və təhlillərin aparılmasına ehtiyac olduğu vurğulanıb. Bildirilib ki, qiymətləndirmə mexanizmlərinin olması çətinliklərin öhdəsindən gəlməkdə əhəmiyyətli vasitədir. Bu buraxılışda enerji investisiyaları üzrə qanuni və tənzimləyici risklər qiymətləndirilib ki, burada da məqsəd ölkələrə bu risklərin idarə olunmasında kömək etməkdir.
Qeyd edək ki, "Enerji İnvestisiyaları üzrə Risklərin Qiymətləndirilməsi" hesabatı 2017-ci ildən hazırlanır. Hesabatda ölkələrə müvafiq sahənin inkişafına dair tövsiyələr və risklərin azaldılması planları təqdim edilir.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 07 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

Şirkətdə pis xəbərlər niyə rəhbərdən gizlədilir?

Bəzən şirkətdəhamı problemdən xəbərdar olur. Bir nəfərdən başqa — baş direktor. Məsələn,satışlar azalır, müştərilər narazıdır, mühüm layihə gecikir, əməkdaşlararasında ciddi narazılıq yaranıb. Şöbə rəhbərləri vəziyyəti bilir

Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur

Kapital Bank-ın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə əməkdaşlığı çərçivəsində Enerji effektivliyi fondunun vəsaiti hesabına ilk layihə maliyyələşdirilib. Günəş panellərinin quraşdırılmasını nəzərdə tutan layihəni

Kredit borcunu ödəyə bilməyənləri nə gözləyir? - Vəkildən açıqlama

Kredit öhdəliklərini vaxtında yerinə yetirə bilməyən vətəndaşlar bir sıra hüquqi və maliyyə problemləri ilə üzləşə bilərlər. İşsizlik, gəlirlərin azalması və gündəlik xərclərin artması bəzi vətəndaşların banklara olan borcların

Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR

"Hər ağac təbiətə dəyər, insanlığa nəfəsdir" – ekoloji təşəbbüslərə xüsusi əhəmiyyət verən Bank of Baku növbəti dəfə həyata keçirdiyi ağacəkmə aksiyasında bu mesajı vurğulayıb. Bank of Baku-nun təşəbbüsü,  Ekologiy

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gune olan xeberler son xeber 2026 havanın temperaturu apa.az xeberler