Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi
Azərbaycanın Britaniyadakı səfiri AİHM-ə Ramil Səfərovla bağlı cavab verdi
Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirinin Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) qərarı ilə bağlı İngiltərənin "Guardian" qəzetində nəşr olunmuş məqaləyə cavabı dərc edilib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, məqalədə Dağlıq Qarabağın "mübahisəli ərazi" olmadığı, Azərbaycanın ayrılmaz, beynəlxalq səviyyədə tanınmış bir hissəsi olduğu və Azərbaycanın yeddi rayonu ilə birlikdə 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal edildiyi, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyi vurğulanır.
Həmçinin 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdiyi, lakin bu qətnamələrin hələ də yerinə yetirilmədiyi bildirilir.
Məqalədə Ramil Səfərovun uşaq ikən hazırda erməni işğalı altında olan doğma şəhəri Cəbrayıldan zor gücü ilə qovulduğu diqqətə çatdırılır. Onun səkkiz il həbsdə olduğu Macarıstandan Azərbaycana verilməsinin qanuni əsaslarla həyata keçirildiyi və istənilən suveren dövlət başçısının vətəndaşlarını əfv etməsi isə konstitusiya hüququ olduğu bildirilir.
Sonda, Azərbaycanın qaçqın və məcburi köçkünləri üçün ədalətə çağırış etdiyi vaxt, Ermənistanın Azərbaycan ərazilərində işğalını möhkəmləndirmək üçün bütün vasitələrdən və platformalardan istifadə etdiyi qeyd edilir. /oxu.az

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi
Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Boş qalan yerlər çoxalır, kolleclər bağlana bilər? - AÇIQLAMA
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var