Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf - İKİNCİ YAZI

Azərbaycanın "dəniz gücü": ənənə və XXI əsrin tələbləri səviyyəsində inkişaf - İKİNCİ YAZIMilli.Az newtimes.az-ın yazısının ikinci hissəsini təqdim edir:
Biz Azərbaycanın "dəniz gücü"nün təhlilini davam etdiririk. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) yeni geostrateji və coğrafi-iqtisadi reallıqlar şəraitində Azərbaycan ərazisindən tranzit yüklərin daşınması, ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılması aspektində mühüm rolunun, əlbəttə, daha geniş analizinə ehtiyac duyulur. Lakin vurğulamaq istədiyimiz məqamlar da bu prosesin başlıca məzmununu dərk etməyə imkan verir. Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsləri sayəsində öz inkişafının yeni mərhələsinə qədəm qoyan, bütün sahələrdə çox ciddi nailiyyətlər qazanan "Azərbaycan Dəniz Gəmiçiliyi" Xəzər hövzəsində ən böyük potensiala malik quruma çevrilib. Bu proses hazırda sistemli olaraq davam etdirilir. Son illər QSC ilə bağlı həyata keçirilən proqramlar həmin kontekstdə strateji əhəmiyyət kəsb edir. Həmin bağlılıqda məsələnin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac görürük.
Genişlənən imkanlar: Xəzər hövzəsində liderliyin təmini naminə
Birinci yazıda vurğulamışdıq ki, hazırda Xəzər hövzəsində 200-dən çox gəmisi ilə ən böyük donanmaya malik qurum "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"dir. Onun tərkibində müxtəlif funksiyaları yerinə yetirən struktur vahidləri vardır. Onlara nəqliyyat, ixtisaslaşdırılmış funksiyaya malik donanma və təmiredici zavodlar daxildir. Göründüyü kimi, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" çoxfunksiyalı və daim inkişafda olan strukturdur. Bu gün onun sərəncamında 20 tanker var. Prezident İlham Əliyevin dəstəyi ilə daha 4 tanker də inşa edilir. Bundan əlavə, müxtəlif təyinatlı gəmilərin inşası ilə bağlı danışıqlar aparılır. QSC quru yük, konteyner daşıyan, kran, yanğınsöndürən, yedək-təchizat, təchizat və nəqliyyat gəmiləri ilə də təchiz olunacaq.
Dövlət başçısının iştirakı ilə suya salınan "RoPax" tipli yeni "Azərbaycan" gəmi-bərəsi Xəzərdə ən çox avtomobil və TIR götürən gəmi olacaq. "Azərbaycan" gəmi-bərəsi 56 vaqon, 50 TIR, həmçinin 100 sərnişin götürəcək. Heyət sayı 30 nəfərdən ibarət olacaq unikal gəmi-bərənin uzunluğu 154,5, eni 17,7 metr, sürəti 14 uzelə bərabərdir. Mütəxəssislər vurğulayırlar ki, "Azərbaycan" gəmi-bərəsi və inşa olunan daha 1 ədəd eyni tipli bərə gəmisi "Şərq-Qərb" nəqliyyat dəhlizi üzrə Xəzər üzərindən keçən tranzit yüklərin daşınmasında geniş surətdə iştirak edəcək. Onu da qeyd edək ki, Bakı gəmiqayırma zavodu regionda ən müasir və unikal gəmi tikintisi potensialına malikdir. "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" onun imkanlarından geniş istifadə edir.
Yuxarıda vurğulanan faktlara onu da əlavə edək ki, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin bərələri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yükdaşıma zəncirinin mühüm həlqəsidir. Məhz bu qurum Xəzərin şərq və qərb sahillərindəki dəmir yollarını dəniz üzərində birləşdirir. Bu gün "Azərbaycan Dəniz Gəmiçiliyi" Xəzər dənizində yeganə bərə operatorudur. Qurum tam gücü və funksiyaları ilə ölkənin əlverişli coğrafi mövqeyi və tranzit potensialının reallaşdırılmasına xidmət edir.
Bunlar bir daha onu təsdiq edir ki, Azərbaycanın "dəniz gücü"nün əsas təmsilçisi olan "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" ancaq statik funksiyalar yerinə yetirən struktur vahidi deyil. Əksinə, bu qurum daim özünü inkişaf etdirən və funksional imkanlarını mütəmadi genişləndirən dinamik təşkilatdır. QSC-nin fəaliyyəti bütövlükdə ölkənin davamlı inkişaf kursunun tərkibinə üzvi surətdə daxildir. O, faktiki olaraq, Azərbaycanın "quruda" inkişafını "dənizdə" tamamlayan çevik strukturdur. Bu keyfiyyətdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Azərbaycan dövləti üçün strateji əhəmiyyət kəsb edir. Məsələnin həmin tərəfinə iki aspektdə yanaşmaq doğru olardı.
Birinci aspekt "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin Xəzərdə öz funksiyasını tranzit-nəqliyyat potensialı kontekstində yüksək səviyyədə yerinə yetirməsi ilə bağlıdır. Onun konkret əlaməti qurumun etibarlı tərəfdaş kimi müxtəlif tranzit proseslərində iştirakından ibarətdir. Regional və beynəlxalq layihələr çərçivəsində QSC-nin imkanlarından geniş istifadə olunur. Xarici tərəfdaşlar Azərbaycanın bu qurumuna tam etibar edirlər. İkinci aspekt "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin "Şimal-Cənub" və "Şərq-Qərb" nəqliyyat dəhlizlərində özəl funksiya yerinə yetirməsi ilə əlaqəlidir. Belə ki, hər iki istiqamət üzrə yükdaşımalar məhz Xəzərin Azərbaycan sektorunda qovuşur. Bu isə təşkilat qarşısında sadəcə yükləri daşımaq kimi vəzifə deyil, həm də onların tənzimlənməsi kimi logistik bir öhdəlik qoyur. Bu iki funksiyanın səmərəli surətdə uzlaşdırılması QSC-nin bugünkü fəaliyyətini təmin etməklə yanaşı, gələcək inkişaf xəttinin konkret cizgilərini də müəyyənləşdirməyə real imkan yaradır. Bu aspektdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin strateji hədəfləri, missiyası və dəyərləri ayrıca maraq doğurur. Qurumun xüsusi hazırladığı sənəddə həmin məqamlar öz dolğun əksini tapıb.
Strateji hədəflər və məqsədlər: regional və qlobal şərtlərin qovşağında
Qurumun öz fəaliyyətində rəhbər tutduğu əsas dəyərlər kadrların peşəkarlığı, ətraf mühitin qorunması, təhlükəsizliyin təmin edilməsi, keyfiyyətli xidmət və dayanıqlı inkişaf anlayışlarını əhatə edir. Kadrların peşəkarlığı xidməti və təhlükəsizliyi təmin edir. Bunun əsasında dayanıqlı inkişafa nail olunur. Həmin çərçivədə ekoloji təmizliyə əməl etmək şansı yaranır. Bu, dayanıqlı inkişaf punktunda belə ümumiləşdiririlir: "Effektiv və səmərəli idarəetməyə malik gəmiçilik şirkəti olaraq, göstərdiyimiz xidmətlərin dəyər zəncirimiz boyu bütün maraqlı tərəflərimiz üçün əlavə dəyər yaratması məqsədilə fəaliyyətimizin bütün aspektlərində dayanıqlı inkişaf yolunu tutmuşuq". Bundan başqa, təhlükəsizliyin təmini "yüksək səviyyədə xidmətlərin göstərilməsi və risklərin qarşısının alınması" əsasında reallaşdırılır.
Bu cür dəyərlərin məzmunundan QSC-nin "beynəlxalq yüklərin ahəngdar və fasiləsiz axınının təmin edilməsi və Azərbaycanın regional nəqliyyat qovşağı strategiyasına töhfə verilməsi" kimi missiyası meydana çıxır. Yuxarıda vurğuladığımız məqamlar məhz Azərbaycanın regional nəqliyyat qovşağı strategiyasının müxtəlif aspektlərini izah edir. Yəni "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi", faktiki olaraq, vahid bir strategiyanın ayrılmaz tərkib hissəsi kimi fəaliyyət göstərir və ona uyğun missiya daşıyır.
Bu fəaliyyət metodunun da öz məramı vardır. Bu, haqqında bəhs etdiyimiz sənəddə belə ifadə olunub: "Xəzər dənizində aparıcı mövqenin qorunub saxlanılması və Xəzərdən kənarda əməliyyatların genişləndirilməsi". Məsələnin bu tərəfi "dəniz gücü" anlayışı kontekstində prinsipial əhəmiyyət kəsb edir. Aydın görünür ki, QSC-nin fəaliyyəti daim inkişaf və təkmilləşmə ilə yanaşı, fəaliyyət sahəsinin genişləndirilməsi tələbi ilə də müəyyən olunur. Bu isə Azərbaycanın gələcəkdə də Xəzərdə öz liderliyini saxlamaq niyyətində olduğunu göstərir. Konkret ifadə etsək, Azərbaycan "dəniz gücü"nü dinamik inkişaf edən mükəmməl və açıq sistem halına çatdırmaqda qərarlıdır. Bu, Azərbaycan dövlətinin suverenliyi və müstəqilliyi üçün olduqca vacib bir faktordur.
Bütün bu funksiyaların öhdəsindən gəlmək üçün QSC başlıca şüar kimi "Avropa və Asiya arasında Sizin ən qısa körpünüz" lakonik tezisini seçib ki, bu da məqsədə tam uyğundur. Əlbəttə, bütün bu vurğulanan məqamların prizmasından "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin "dəniz gücü" keyfiyyətində strateji hədəfləri və məqsədləri də çox maraq doğurur. Qurum dörd əsas hədəf müəyyənləşdirib. Onlar aşağıdakılardır: "səmərəli fəaliyyət göstərən və dayanıqlı inkişafı təmin edən müasir gəmiçilik şirkətinin qurulması", "əməliyyatların təhlükəsiz şəkildə və ətraf mühitə zərər vurmadan aparılması", "güclü yerli kadrların hazırlanması" və "biznes fəaliyyətinin genişləndirilməsi və şaxələndirilməsi".
Bu hədəflərə çatmaq üçün on altı məqsəd müəyyənləşdirilib. Onların məzmununun analizi göstərir ki, QSC, faktiki olaraq, özünü təmin edən, tələb olunan iş keyfiyyətinə hazır olan, çevik strukturlu və inkişafda olan bir qurumdur. Onun fəaliyyətində şəffaflıq başlıca yerlərdən birini tutur. Bununla yanaşı, "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin əsas məqsədləri sırasında "Xəzər dənizində yükdaşımalarda aparıcı mövqenin qorunub saxlanılması" və "Xəzərdən kənarda fəaliyyətin genişləndirilməsi" müddəalarının yer alması qurumun ciddi strateji məqsədinin olduğunu ifadə edir.
Bütün bu məqamlar Azərbaycanın "dəniz gücü"nün artıq bir siyasi, iqtisadi, təhlükəsizlik, geosiyasi və geoiqtisadi reallıq olduğunu təsdiq edir. Prezident İlham Əliyevin uzaqgörən, dərin düşünülmüş və dəqiq əsaslandırılmış siyasəti nəticəsində ölkənin "dəniz gücü" dinamik inkişaf edən bir prosesə çevrilib. Şübhə yoxdur ki, bu dinamika daha da intensiv ritmlərdə inkişaf edəcək. Və bu prosesdə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC öz mühüm rolunu oynamaqda davam edəcək!
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 14 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir

Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçildi

17 iyun 2026-cı il tarixində Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) İllik Ümumi Yığıncağında təşkilatın yeni rəhbər heyəti formalaşıb. xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Yelo Bank-ın İdar

Pensiyasını dəyişmək istəyənlərə VACİB XƏBƏR

Pensiyanın hər üç növü - yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiyalar üzrə sığorta göstəricilərinə əsaslanan ayrıca hesablanma qaydaları mövcuddur. Eyni zamanda, vətəndaşın bu pensiya növlərindən bi

Unibank "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"nın rəsmi tərəfdaşı olub

Unibank KB ASC "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası" adlı ikigünlük beynəlxalq tədbirin bank tərəfdaşı olub. . Beynəlxalq sammit Azərbaycan Respublikasını

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə

Neftin qiyməti ilə bağlı dəyişiklik baş verdi - RƏQƏMLƏR

ABŞ və İran arasında əldə olunan tarixi saziş fonunda qlobal bazarlarda neftin qiyməti kəskin şəkildə ucuzlaşaraq son ayların ən aşağı səviyyəsinə geriləyib. Nüfuzlu iqtisadi nəşrlərin yaydığı məlumata görə, "Brent"

Yelo Bank gənc xanımların mentorluq proqramının məzun gününə ev sahibliyi edib

Yelo Bank-ın dəstəyi ilə gənc xanımların inkişafını və karyera imkanlarını genişləndirən "Violette Mentorship" proqramının növbəti məzun günü keçirilib. xəbər verir ki, bankın ev sahibliyi etdiyi builki məzuniyyə

Regionlarda biznes qurmaq daha asan olacaq: dövlət kredit faizinin yarısını ödəyəcək

İpoteka və Kredit Zəmanət Fondunun sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi və həmin kreditlərə hesablanmış faizlərə subsidiya verilməsi ilə bağlı səlahiyyətləri İqtisadiyyat Nazirliyinin tabeliyind

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını


yeni xeberler son xeberler azerbaycan xeberleri apa.az xeberler bu gunun xeberleri valyuta xeberlər