Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr - SİYAHI

Azərbaycanın ən çox mal satdığı və mal aldığı ölkələr - SİYAHI2020-ci ilin yanvar-iyun aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 167 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 100 ölkəyə məhsul ixrac olunub, 155 ölkədən idxal olunub.
Bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib.
Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2020-ci ilin yanvar-iyun aylarında ölkənin xarici ticarət dövriyyəsi 11750,2 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 6 milyard 670 milyon 700 min dollarını və ya 57,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 4 milyard 989 milyon 500 min dollarını (42,5 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib.
Nəticədə, 1 milyard 771 milyon 200 min dollar məbləğində müsbət saldo yaranıb.
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 30,3 faiz, real ifadədə 20,5 faiz, o cümlədən idxal 42,8 faiz, ixrac isə 4,6 faiz azalıb.
2020-ci ilin yanvar-iyun aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 6,9 faiz, real ifadədə isə 14 faiz azalaraq 911,9 milyon dollar təşkil edib.                                                                                                                              
Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın 32,0 faizini İtaliyaya, 19,2 faizini Türkiyəyə, 5,0 faizini Rusiyaya, 4,2 faizini İsrailə, 3,7 faizini Hindistana, hər biri 3,2 faiz olmaqla Yunanıstan, Çin və Xorvatiyaya, 3,1 faizini Gürcüstana, 3,0 faizini Ukraynaya, 2,1 faizini Çexiyaya, 1,9 faizini Tunisə, hər biri 1,7 faiz olmaqla Vyetnam, Portuqaliya və İspaniyaya, 11,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (40,6 faiz), Türkiyəyə (19,4 faiz), İsveçrəyə (10,5 faiz), Gürcüstana (8,4 faiz), Çinə (3,1 faiz), Ukraynaya (2,4 faiz), İtaliyaya (2,1 faiz), Qazaxıstana (1,6 faiz), İrana (1,2 faiz), Türkmənistana (1,0 faiz), Belarusa (1,0 faiz), ABŞ-a (0,9 faiz), Almaniyaya (0,9 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.
Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 18,3 faizi Rusiya, 14,8 faizi Türkiyə, 13,3 faizi Çin, 8,1 faizi ABŞ, 5,3 faizi Almaniya, 4,3 faizi Ukrayna, 4,1 faizi İtaliya, 2,8 faizi İran, 2,7 faizi Birləşmiş Krallıq, 1,9 faizi Yaponiya, 1,8 faizi Koreya, 1,7 faizi Fransa, 20,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.
2020-ci ilin yanvar-iyun aylarında 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 4,3 faiz, kartof - 32,0 faiz, meyvə və tərəvəz şirələri - 3,8 faiz, bitki yağları - 1,8 dəfə, çay - 0,5 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar - 52,1 faiz, polietilen - 39,8 faiz, qara metallardan borular - 1,8 dəfə, bentonit gili - 5,2 faiz artmış, təzə meyvə ixracı isə 24,5 faiz, şəkər - 25,9 faiz, tütün - 25,9 faiz, meyvə və tərəvəz konservləri - 0,8 faiz, təbii üzüm şərabları və üzüm suslosu - 52,2 faiz, pambıq lifi - 18,4 faiz, pambıq ipliyi - 22,0 faiz, emal olunmamış alüminium - 5,8 faiz azalıb.
2019-cu ilin yanvar-iyun ayları ilə müqayisədə 2020-ci ilin yanvar-iyun aylarında təzə meyvə idxalı 15,0 faiz, bitki yağları - 10,1 faiz, xam şəkər və şəkər - 11,0 faiz, kərə yağı, digər süd yağları və pastaları - 34,5 faiz, çay - 10,0 faiz, mal əti - 29,4 faiz, quş əti və onun əlavə məhsulları - 2,1 faiz, təzə tərəvəz - 26,4 faiz, minik avtomobilləri - 29,2 faiz, dərman vasitələri - 1,7 dəfə, polad prokatı - 10,5 faiz, qara metallardan çubuqlar - 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları - 23,1 faiz, məişət soyuducuları - 39,2 faiz artmış, buğda idxalı isə 37,8 faiz, kartof - 0,8 faiz, siqaretlər - 80,1 faiz, qara metallardan borular - 13,5 faiz, mineral gübrələr - 3,4 faiz, rezin şinlər - 14,4 faiz, məişət kondisionerləri - 24,7 faiz, mebellər - 23,2 faiz, yük avtomobilləri - 15,6 faiz, polietilen - 14,8 faiz, paltaryuyan maşınlar - 4,8 faiz, qara metallardan künclüklər - 7,0 faiz, avtobuslar - 24,8 faiz, sement və sement klinkerləri - 92,1 faiz azalıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeber 2026 krimnal bugun idman xeberleri