Azərbaycanın Ermənistanla bağlı bir variantı qalıb: "Ya dərhal hərbi addım atmalıdır, ya da..."

Azərbaycanın Ermənistanla bağlı bir variantı qalıb: Cənubi Qafqazda şərtlər dəyişib və indi bütün hadisələr Azərbaycanın diktəsiylə həyata keçirilir. Azərbaycanın Ermənistan qarşısında qoyduğu şərtlər yavaş-yavaş icra olunur. Qazax rayonunun işğal altında olan kəndlərinin geri qaytarılması, sülh gündəliyindəki bəzi maddələrin razılaşdırılması Azərbaycanın diktəsi ilə baş tutub. İndi növbədə Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddialarının aradan qaldırılması dayanır. Bu, Azərbaycanın Ermənistan qarşısında qaldırdığı şərtlərdən biridir və bu şərt Ermənistanda geniş əks-səda doğurub. Baş nazir Paşinyan isə Ermənistan Konstitusiyasında dəyişiklik etməyin vacibliyini bildirib. Deməli, Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddalarını ehtiva edən bəndlər çıxarılmalı, Zəngəzur dəhlizinin reallaşmasına şərait yaradılmalıdır. Bütün bunlar baş verərsə, Paşinyan ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər. Bəs Paşinyan bu şərtləri yerinə yetirəcəkmi?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirib ki, Paşinyan şərtləri yerinə yetirəcək:
Azərbaycanın Ermənistanla bağlı bir variantı qalıb: "Amma şərtlərin reallaşması daha çox Zəngəzur dəhlizinin icrası məsələsinə dayanır. Hər halda başqa qlobal mərkəzlərin bu proseslərdə həlledici rol oynamasına imkan vermək lazım deyil. Demək istəməzdim ki, dünyada tez-tez vəziyyətin dəyişməsi Ermənistanın manipulyasiya imkanlarını artırır. Sadəcə bu, prosesi genişləndirir. Ermənistan üçün Fransanın, Hindistanın, eləcədə bilmədiyimiz formada Rusiyanın və başqa ölkələrin verdiyi silahlar onlarda revanşizm hissi doğurur. Lakin nəticə dəyişmir. Elə hesab edirəm ki, Azərbaycanın bir variantı da var. Çox güman ki, Ermənistan müəyyən vaxtdan sonra təxribatlara əl atacaq və regionda təhlükəsizlik pozulacaq. O zaman, Azərbaycan BMT-nin 51-ci maddəsinə istinad edib təhlükəsizliyini təmin etmək hüququnu özündə saxlayır. Burada həm də, məsələyə tarixi irs nöqteyi nəzərindən yanaşıla bilər. Hələ məlum deyil ki, beynəlxalq münasibətlərdə üçlü bölgü sxeminin sonu necə bitəcək. Bu baxımdan Azərbaycan üçün yaxın perspektivdə dərhal hərbi addımlar, uzaq perspektivdə isə Azərbaycan-Türkiyə işbirliyi və alternativ Zəngəzur dəhlizi məsələsi gündəmdədir. Məncə bir az da qlobal baxsaq, bu məsələdə Çinin, Britaniya və Avropa İttifaqının mövqeləri az əhəmiyyət daşımayacaq".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 21 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

ABŞ demokratlarında parçalanma: Heyli Stivens niyə öz partiyasının namizədindən üz döndərdi?

Ceyms Kirçik "The Free Press" nəşrində yazır:. İki il əvvəl Miçiqan ştatından demokrat konqresmen Elissa Slotkin ABŞ Senatına namizədliyini irəli sürərkən keçmiş həmkarı, respublikaçı Liz Çeyninin dəstəyini qürurl

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az bu gun son xeber.az en son xeberler cəbhədən son xəbərlər