Azərbaycanın hava limanları 2019-cu ildə yeni rekord müəyyənləşdirib

Azərbaycanın hava limanları 2019-cu ildə yeni rekord müəyyənləşdiribAzərbaycanın hava limanları 2019-cu ildə yeni rekord müəyyənləşdirib
Azərbaycanın beynəlxalq hava limanlarında xidmət göstərilən sərnişinlərin sayına görə yeni rekord müəyyənləşdirilib. Ümumilikdə 2019-cu ildə sərnişin dövriyyəsi 5,56 milyon nəfər təşkil edib.
Paytaxt hava limanı – Heydər Əliyev Beynəlxalq Aeroportu yeni rekorda imza ataraq, 4,73 milyon sərnişinə xidmət göstərir ki, bu da 2018-ci ilin göstəricisindən 7 faiz çoxdur.
Sərnişin sayının artımı həmçinin Naxçıvan (646 min sərnişin, ötən ilin göstərisindən 1,5 faiz çox), Gəncə (154 min, 10 faiz artım) və Lənkəranın (18 min sərnişin, 2018-ci ilin göstəricisindən 14,5 faiz çox) hava limanlarında müşahidə olunub.
2019-cu il ərzində paytaxt hava limanının baza aviadaşıyıcıları – AZAL və "Buta Airways" müvafiq olaraq 2 milyon və 602 min sərnişin daşıyıblar.
Ümumilikdə, beynəlxalq uçuşlarda 4,1 milyon sərnişinə xidmət göstərilib. Sərnişin dövriyyəsi üzrə aviaşirkətlərin onluğuna milli aviaşirkətlər ilə yanaşı "Türk Hava Yolları" (Türkiyə, 492 min sərnişin), "FlyDubai" (BƏƏ, 237 min), "Aeroflot" (Rusiya, 193 min), "AirArabia" (BƏƏ, 169 min), "UIA" (Ukrayna, 124 min), "Qatar Airways" (Qətər, 106 min), "Lufthansa" (Almaniya, 66 min) və "SCAT" (Qazaxıstan, 62 min) daxil olub.
2019-cu il ərzində Heydər Əliyev Beynəlxalq Aeroportundan 37 sərnişin aviaşirkəti 60-dan çox müxtəlif istiqamətə uçuşlar həyata keçirib. 
Qeyd edək ki, Gəncə və Naxçıvan hava limanlarından Moskvaya və İstanbula birbaşa uçuşlar həyata keçirilir. Həmçinin milli aviadaşıyıcı AZAL qış cədvəli çərçivəsində Lənkərandan Moskvaya və geri istiqamətə müntəzəm birbaşa aviareyslər həyata keçirir.
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə Azərbaycanın və regionun ən böyük aeroportudur. 
2019-cu ilin mart ayında Heydər Əliyev Beynəlxalq Aeroportu "Skytrax World Airport Awards" versiyasına görə ardıcıl olaraq üç ildir ki, Rusiya və MDB ölkələrinin bütün hava limanları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına başçılıq edib.
Azərbaycanın hava limanları 2019-cu ildə yeni rekord müəyyənləşdirib

Turizm       Tarix: 10 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün