Aİ-92 və dizel bahalaşacaq? Kimyəvi nişanlanma ilə bağlı AÇIQLAMA

Aİ-92 və dizel bahalaşacaq? Kimyəvi nişanlanma ilə bağlı AÇIQLAMAAzərbaycanda Aİ-92 markalı benzin və dizel yanacağının kimyəvi nişanlanmasının tətbiqi əlavə xərclərin yaranmasına səbəb ola bilər. Belə ki, bu proses üçün xüsusi kimyəvi maddələrin alınması, yanacağa vurulması, saxlanması və daşınması müəyyən maliyyə vəsaiti tələb edir.
Bu isə istehlakçıları həmin xərclərin yanacağın satış qiymətinə təsir edib-etməyəcəyi barədə düşündürür.
Bəs, kimyəvi nişanlanmanın tətbiqi Aİ-92 markalı benzin və dizel yanacağının bahalaşmasına gətirib çıxara bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, kimyəvi nişanlanma və digər standartlara uyğunlaşma ilə bağlı xərclər qiymət formalaşması prosesində əvvəlcədən nəzərə alınmalıdır.
Aİ-92 və dizel bahalaşacaq? Kimyəvi nişanlanma ilə bağlı AÇIQLAMAOnun sözlərinə görə, yanacağın qiyməti Tarif Şurası tərəfindən müəyyənləşdirilir və kimyəvi nişanlanma ilə bağlı yaranan xərclər də mövcud qiymət mexanizminə daxil edilməlidir:
"Əgər kimyəvi nişanlanmanın müəyyən xərci varsa, bu prosesin maliyyə yükü qiymət formalaşması zamanı nəzərə alınır. Ona görə də indidən bu yeniliyin yanacağın bahalaşmasına səbəb olacağını söyləmək və qiymət artımına əsas kimi təqdim etmək əsassızdır. Ümumiyyətlə, yanacaq məhsullarının qiymətinin müəyyənləşdirilməsi Tarif Şurasının səlahiyyətindədir".
İqtisadçı-ekspert Əkrəm Həsənov isə hesab edir ki, kimyəvi nişanlanma müəyyən əlavə maliyyə xərcləri yaradacaq. Bu xərclərə xüsusi maddələrin alınması, saxlanması, daşınması, yanacağa vurulması və inzibati proseslər daxildir.
Aİ-92 və dizel bahalaşacaq? Kimyəvi nişanlanma ilə bağlı AÇIQLAMAEkspertin fikrincə, əlavə xərclərin yaranması avtomatik olaraq yanacağın qiymətinin artırılması demək deyil. Çünki Azərbaycanda yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir və yaranan maliyyə yükü dövlətin üzərinə götürməsi də mümkündür.
Bununla belə, Ə.Həsənov gələcəkdə qiymət artımının baş verməsi ehtimalını istisna etmir:
"Bu o demək deyil ki, kimyəvi nişanlanmaya görə qiymət dərhal artacaq. Çünki Azərbaycanda bu, tənzimlənən qiymətdir və dövlət həmin xərcləri öz üzərinə götürə bilər. Amma gələcəkdə qiymət artımı ehtimalı böyükdür. Yəni bu prosesin təsiri dərhal deyil, müəyyən müddətdən sonra da özünü göstərə bilər".
Beləliklə, ekspertlərin yanaşmaları fərqlidir: Fuad İbrahimov kimyəvi nişanlanma xərclərinin mövcud qiymət mexanizmi daxilində nəzərə alınmalı olduğunu vurğulayır, Əkrəm Həsənov isə bu yeniliyin gələcəkdə yanacağın bahalaşması üçün əlavə amilə çevrilə biləcəyini düşünür.
Aynurə İsmayıl
KONKRET.az

Sosial       Tarix: 06 noyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bu torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq

Xüsusi və dövlət mülkiyyətində olan torpaqların dəyişdirilməsi zamanı vergi tutulmayacaq. KONKRET.azxəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, hüquqi və fiziki şəxsləri

Gəncədə 34 yaşlı kişi bıçaqlandı

Gəncədə 34 yaşlı kişi bıçaqlanıb. -a istinadən xəbər verir ki, şəhər sakini, 34 yaşlı E.Kərimov bıçaq xəsarəti alıb. O, xəstəxanaya yerləşdirilib. Hadisənin təfərrüatı hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır

Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü

Göyçayda narın qiyməti ucuz olsa da alıcısı yoxdur. . milliaz-a istinadən xəbər verir ki, ağacdakı narların çölü özgəni, içi fermerləri yandırır. Məhsullar elə ağacdan çürük və xarab çıxır. Fermerlər bildiriblər ki, məhsul

Şəxsi evi olanların və kirayəçi saxlayanların nəzərinə: Yeni qaydalar qüvvəyə mindi

Ev təsərrüfatlarının uçotu zamanı şəxslərin fərdi identifikasiya nömrəsi, vətəndaşlığı, yaşayış yeri üzrə qeydiyyatı və kirayə münasibətləri barədə məlumatlar da toplanacaq. -a istinadən xəbər verir ki, bununla bağlı ev təsərrüfatlarını

Cəlilabadda ağır qəza: Xəsarət alanlar var

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -a istinadən xəbər verir ki, qəza rayonun Şabanlı kəndi ərazisində qeydə alınıb. Belə ki, VAZ-2106 və VAZ-21011 markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsind

Bakıda bəzi yerlərdə lift və eskalatorlar dəyişdiriləcək

Bakıda bəzi piyada keçidlərində liftlər və eskalatorlar dəyişdiriləcək. xəbər verir ki, dəyişikliklər 14 fərqli ünvanı əhatə edəcək. Yeraltı və yerüstü piyada keçidində quraşdırılmış liftin yenilənməsi və əsaslı təmiri, həmçini

FHN-dən hava ilə bağlı XƏBƏRDARLIQ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Bu barədə -a FHN-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə

Kiçik sahibkarlar üçün yeni güzəşt müəyyənləşir

Kiçik sahibkarlıq subyektləri üçün yeni güzəşt müəyyənləşir. KONKRET.azxəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, kiçik sahibkarlıq subyekti kateqoriyasında ən azı ik

Sabah bu yolun bir hissəsi bağlı olacaq - Yenilənib

Noyabrın 3-də Hövsan-Türkan avtomobil yolunda (kanala yaxın ərazidə) aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. Məhdudiyyət səbəbindən 210, 215 və 218 nömrəli marşrutları


azerbaycan xeberleri son xeberler yeni xeberler son xabar xeber xabarlar sonxəbərlər