Azərbaycanın həyata keçirdiyi bütün enerji layihələri əsrin önəmli layihələridir - Hulusi Kılıç
"Azərbaycanın həyata keçirdiyi bütün enerji layihələri əsrin önəmli layihələridir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə özəl açıqlamasında Türk Dünyası Parlamentlər Birliyinin baş koordinatoru, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
H.Kılıç bildirib ki, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin məhz Türkiyə üzərindən inşa edilməsi ilə qardaş Azərbaycan nəhəng layihələrə start verdi: "Bunlar Bakı-Tbilisi-Ərzurum qaz kəməri, İpək dəmir yolu xətti adlandırılan Bakı-Tbilisi-Qars dəmir yolu xətti və dördüncü nəhəng layihə olan Trans-Anadolu qaz kəməri - TANAP-dır".
Diplomat vurğulayıb ki, TANAP, sözün əsl mənasında çox möhtəşəm layihədir və bu layihəyə Türkmənistan və Qazaxıstanın qoşulacağı təqdirdə, bütövlükdə, Türk dünyasının layihəsi halına gələcək.
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Əskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı