Azərbaycanın məşhur istirahət məkanı bərpa edilir - FOTO

Azərbaycanın məşhur istirahət məkanı bərpa edilir - FOTOAzərbaycanın məşhur istirahət məkanı bərpa edilir - FOTO
Bir vaxtlar istirahət məkanı və yay düşərgəsi kimi tanınan Hacıqabul gölünün bərpası ilə bağlı təkliflər hazırlanaraq hökumətə təqdim edilib.
Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov deyib.
Onun sözlərinə görə, Hacıqabul gölünün ətraf ərazisində müxtəlif təyinatlı yeraltı və yerüstü kommunikasiya və infrastruktur obyektlərinin mövcudluğu, ətraf mühitə antropogen təsirlər nəzərə alınaraq ərazidə ekosistemin bərpası istiqamətində fəaliyyətin əlaqələndirilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Şirvan və Hacıqabul rayon icra hakimiyyətlərinin, "Azərsu", "Meliorasiya və Su Təsərrüfatı" Açıq Səhmdar Cəmiyyətlərinin nümayəndələrindən ibarət İşçi qrup yaradılıb.
İşçi qrup tərəfindən göl və gölətrafı ərazilərdə kompleks tədqiqat işləri aparılıb, gölün qurumasını və çirklənməsini törədən səbəblər araşdırılıb, yaranmış problemin həlli üçün mövcud imkanlar qiymətləndirilib. Araşdırmaların nəticəsi olaraq Hacıqabul gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və ərazidə ekosistemin bərpası üzrə tədbirlər planı hazırlanıb.
M.Əbdülhəsənov əlavə edib ki, tədbirlər planında Hacıqabul gölü və onun ətraf ərazisinin gələcək təyinatının müəyyən edilməsi, Şirvan və Hacıqabul şəhərlərində formalaşan tullantı sularının idarə olunması, onların gölə axıdılmasının qarşısının alınması, ərazidəki neft quyularının ekoloji cəhətdən təhlükəsiz vəziyyətə gətirilməsi, gölətrafı drenaj sisteminin yaradılması, Kür çayından gölə su vurulması, yağıntılar zamanı səth sularının gölə axıdılması, gölətrafı ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısının alınması, gölün sanitar-mühafizə zonasında yaşıllıqların salınması və s. məsələlər öz əksini tapıb.
Şöbə müdiri onu da bildirib ki, gölün bərpası üçün Kür çayının və Şirvan kanalının suyundan istifadə edilməsi məsələsi gündəmdədir:
"Həmin əraziyə "Meliorasiya və Su Təsərrüfatı" ASC su kanalı çəkir və bu kanalın son nöqtəsinin Hacıqabul gölü olması nəzərdə tutulur. Gələcəkdə göldən kiçik su tutarı kimi də istifadə edilməsi imkanları yarana bilər".
Su ehtiyatlarının ətraf mühitin bir hissəsi olduğunu vurğulayan şöbə müdiri onların mühafizəsinin olduqca vacib olduğunu da nəzərə çatdırıb:
"Su mənbələri nə qədər az çirklənərsə, bu, təbiətimiz üçün bir o qədər xeyirli olar. Azərbaycan azsulu ölkədir, suyun hər damlasının qədri bilinməli və qənaətlə istifadə olunmalıdır".
Qeyd edək ki, Hacıqabul gölü Xəzər dənizinin çəkilməsi nəticəsində yaranıb. XV əsrdə Şah Abbas indiki Hacıqabul şəhərinin yerləşdiyi ərazidəki eyni adlı gölün sahilində karvansara tikdirmişdi. Həmin dövrdə şərq ölkələrinə gedən tacirlər Böyük İpək Yolunun keçdiyi bu ərazidən istifadə edirdilər.
Gölün köçəri və nadir quşların miqrasiyası üçün, bataqlıqda yaşayan su quşları, o cümlədən, nəsli kəsilməkdə olan quş növlərinin yuva qurmaları üçün əlverişli şəraitə malik olması bu ərazinin vaxtilə istirahət məkanı olmasına şərait yaratmışdı. Sovetlər dönəmində bu gölün sahilində, həmçinin, balıqçılıq təsərrüfatı, avarçəkmə bazası olub.
Hacıqabul gölü Azərbaycanın potensial ramsar (beynəlxalq əhəmiyyətli su-bataqlıq) sahələrinə aid edilir.
Azərbaycanın məşhur istirahət məkanı bərpa edilir - FOTOAzərbaycanın məşhur istirahət məkanı bərpa edilir - FOTOAzərbaycanın məşhur istirahət məkanı bərpa edilir - FOTO

Turizm       Tarix: 12 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır

İnquşetiyada Azərbaycanla birbaşa dəmir yolu əlaqəsinin açılması planlaşdırılır. "İnquşetiya hökuməti Bakıya qatarların hərəkətini təmin etmək üçün ötən əsrin 90-cı illərindən boş qalan dəmiryol relslərini təmizləyir"

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb

Bakıdan Tbilisiyə uçan təyyarə geri qayıdıb. "Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 8229 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı uçuş hava limanına qayıtmaq qərarına gəlib. Bu barəd

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi

Rusiyanın daha bir şirkəti Azərbaycana uçuşları bərpa etdi. Rusiyanın "Azimut" Hava Yolları şirkəti Həştərxandan Azərbaycana birbaşa müntəzəm reysləri bərpa edib. Bu barədə hava limanının Mətbuat Xidmətindən xəbə

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO

Bakı "Instagram" və "TikTok"da ən populyar alternativ turizm məkanına çevrilib - FOTO. Bakı "Destination Dupes"un reytinq siyahısında ilk beşliyə daxil olub, həmçinin "Instagram", "TikTok"

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO

Tailandın məşhur turizm mərkəzi dünyanın ən çirkli şəhəri seçildi - FOTO. Tailandın şimalında yerləşən Çianqmay şəhəri dünyanın ən çirkli atmosferə malik şəhərlərinin reytinqində birinci yeri tutub. Bu barədə "IQAir"

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO

Bakıda QDİƏT-ə üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin görüşü keçirilir - FOTO. Bakıda turizm təhsili üzrə əməkdaşlıq, perspektiv və problemlərin müzakirəsi məqsədilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatın


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün