Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşdü
İyunun 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə ölkəmizdə rəsmi səfərdə olan İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosettonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında geniş tərkibdə görüş keçirilib.
Bu barədə KONKRET.az-a Müdafiə Nazirliyindən bildirilib.
Nazirlikdə təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib və protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.
General-polkovnik Z.Həsənov qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və İtaliya arasında münasibətlərin strateji tərəfdaşlığa söykəndiyini xüsusi vurğulayıb. Ölkəmizin əlamətdar günü – Silahlı Qüvvələr Günü və Azərbaycan Ordusunun yaradılmasının 106-cı ildönümündə yanımızda olduğuna görə italiyalı həmkarına təşəkkürünü bildirib.
Müdafiə naziri cənab Q.Krosettonu sentyabr ayında Bakıda keçiriləcək "ADEX" 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinə dəvət edib.
Ölkəmizə hər səfərindən məmnun qaldığını və səmimi münasibət gördüyünü qeyd edən İtaliya Respublikasının müdafiə naziri göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Ölkələrimiz arasında hərbi əməkdaşlığın inkişafında qarşılıqlı səfərlərin vacibliyini vurğulayıb.
Görüşdə Azərbaycan və İtaliya arasında hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edilib, həmçinin hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib