"Azərbaycanın müstəqil xarici siyasəti AŞPA -nın timsalında Avropaya rahatlıq vermir" - Fərid Şahbazlı

Xəbər verdiyimiz kimi, Avropa Şurası Parlament Asambleyası (AŞPA) sentyabrın birində Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkilərinə müşahidəçilər göndərməyəcək. Qurumun məruzəçisi, öz antiazərbaycan və ermənipərəst mövqeyi ilə yaxşı tanıdığımız Frank Şvabe bunun səbəbini 2024-cü il fevralın 7-də keçirilmiş Prezident seçkilərinə AŞPA müşahidəçilərinin dəvət olunmaması ilə izah edib: "AŞPA-nın yanvar sessiyasında qəbul edilmiş hesabatda Azərbaycan nümayəndə heyətinin bir il müddətinə səsvermə hüququndan məhrum edildiyi əksini tapıb. Əgər Azərbaycan Avropa Şurasının qaydalarına tam əməl etməyə hazır olarsa, biz də başqa həll variantını nəzərdən keçirməyə hazır olacağıq".
Məsələ ilə bağlı açıqlama verən "İslahatçı Gənclər" İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib ki, reallıq isə ondan ibarətdir ki, bu gün dünyada AŞPA adlı qurumun varlığı ilə yoxluğu qətiyyən nəzərə çarpmır: "Ümumiyyətlə, bu strukturun konkret nə ilə məşğul olması özü böyük bir sualdır. İnsan haqlarının qorunması iləmi? Qətiyyən yox. Həmin Avropanın özündə insan haqları polis çəkmələri altında tapdanır, müqəddəs "Qurani-Kərim" yandırılır, AŞPA-nın gözü görmür.
Fransada, Belçikada, Niderlandda, elə Almaniyanın özündə müsəlmanların fəryadı göylərə yüksəlir, AŞPA-nın qulaqları eşitmir, irqçilik, diskriminasiya, islamafobiya baş alıb gedir, AŞPA-nın "qəlbi" duymur.
Amma Azərbaycanda bir cinayəkar həbs olunanda dərhal hay-küy salırlar ki, "ay aman, bəs filan ölkədə azadlıq, insan haqları, demokratiya və s. yoxdur".
Fərid Şahbazlı bildirib ki, əslində isə AŞPA-nın tələbləri başqadır: "Onların istəyi "insan haqları", "azadlıq" anlayışları ilə pərdələnərək homoseksualizmin, narkomaniyanın, fahişəliyin leqallaşdırılmasından başqa bir şey deyildir. AŞPA məhz bu "Avropa dəyərləri"ni digər ölkələrdə də bərqərar etməyə, İslamın, ailənin, tarixin dərinliklərinə gedib çıxan sağlam mənəviyyatımızın varlığına son qoymağa çalışır. Qardaş Türkiyənin Avropa Birliyinin qapılarında az qala yarım əsrdir gözləməsi də bunun canlı sübutudur.
Digər tərəfdən Şvabenin timsalında AŞPA-nın Azərbaycan üzərinə "qısqırdılması"nın kökündə dayanan səbəblər Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbə, Qarabağda separatizmin kökünün kəsilməsi, ərazi bütövlüyümüzün bərpası, müstəqil xarici siyasət, beynəlxalq münaqişələrin həll edilməsində dialoq prinsipini rəhbər tutması, hərbi-siyasi bloklara qoşulmamasıdır. Türk-müsəlman Azərbaycanının məhz bu uğurları "xristian təssübkeşliyi"ndən, islamafobiyadan, imperial xülyalarından əziyyət çəkən AŞPA -nın timsalında Avropaya rahatlıq vermir. İndi də onlar bunun "qisas"ını Azərbaycandakı parlament seçkilərini müşahidə etməyə gəlməməklə almaq istəyirlər. Sual oluna bilər: gəlməsələr nə olacaq? Heç nə olmayacaq. Azərbaycan xalqı azad və demokratik formada seçmək hüququndan istifadə edəcək.
Atalarımız demişkən, "Xoruz yox idi, sabah açılmırdı?". / azxeber.com

Siyasi       Tarix: 29 avqust 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola

"Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi

Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Belə ki, spiker deputatın ​"Niyə Ağdamd

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki

Rəcəb Tayyib Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi və xalqı təbrik edib. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koreya Respublikasına səfərə gedərkən təyyarəsi Azərbaycanın hava məkanın

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək

Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində atdığı addımlar regionda geosiyasi rəqabəti yenidən gündəmə gətirir. Baş nazir Nikol Paşinyanın ölkəsinin 2027–2028-ci illərdə Avropa İttifaqına tamhüquqlu üzvlük üçü

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal oxu.az xeberler valyuta mezenesi metbuat