Azərbaycanın qlobal əhəmiyyəti necə artır? - İlham Əliyev praqmatizmi

Azərbaycanın qlobal əhəmiyyəti necə artır? - İlham Əliyev praqmatizmiAzərbaycanın təxminən 28 ildir apardığı balanslaşdırılmış və çoxvektorlu siyasət özünün praktiki əhəmiyətini saxlayır, son illər regionda və dünyada baş verən proseslər göstərir ki, bu siyasət öz miqyasını, təsir dairəsini və əhəmiyyətini daha da artırıb.
Mərhum Prezident Heydər Əliyev tərəfindən ən incə detallarına qədər konsepsiya halına salınan bu siyasət Prezident İlham Əliyev tərəfindən özünün qlobal əhəmiyyətini necə artırır?  
Bu gün gərgin Ukrayna-Rusiya münasibətləri, Rusiya-ABŞ (NATO) danışıqları və Qazaxıstan hadisələri fonunda Prezidenti İlham Əliyevin tutduğu mövqe və atdığı addımların trayektoriyası dünyada sülhün və təhlükəsizliyin qorunması istiqamətində Azərbaycanın çox ciddi qlobal subyektə çevrildiyini ifadə edir.
- Yanvarın 14-də İlham Əliyev Ukraynaya səfər etdi. Gərginləşən Ukrayna-Rusiya münasibətləri zamanı İ.Əliyevin bu səfəri diqqət çəkməyə bilməzdi. Səfərin ardınca Əliyevlə Rusiya prezidenti Putin arasında telefon danışığı baş tutdu. Danışıq zamanı iki ölkə arasındakı münasibətlərin perspektivləri ilə bərabər ABŞ-Rusiya əlaqələri, Ukrayna-Rusiya arasındakı proseslər və Qazaxıstandakı hadisələr müzakirə olunub. Deməli, İ.Əliyev Ukrayna səfəri çox ciddi və qlobal əhəmiyyətli hadisədir.
- İ.Əliyev qlobal gücləri vahid platformaya, barışdırıcı müstəviyə dəvət edə bilən ən etibarlı və yeganə siyasi liderdir.
- Türkiyə prezidenti R.T.Ərdoğan Kiyevdə səfərdə olan İ.Əliyevlə Ukraynadakı vəziyyəti müzakirə etmək niyyətində olduğunu bildirdi.
- İsrail Prezidenti İshaq Hersoq Türkiyəyə səfər edə bilər. Görüş baş tutarsa, bu, İsrailin yüksək vəzifəli dövlət rəsmisinin 2013-cü ildən sonra Ankaraya ilk səfəri olacaq. Nəzərə almaq lazımdır ki, İsrail-Türkiyə arasında körpü rolunu oynayan dövlət Azərbaycandır və Qarabağ müaribəsindən sonra İsrail-Türkiyə arasında münasibətlər daha yumşaq və səmimi müstəviyə daxil olub. Bu hal Azərbaycanın dünyada sülh və əmin-amanlığın təmin olunmasındakı əvəzolunmaz rolunun ifadəsidir.
- Prezidenti İlham Əliyev yanvarın 15-də Amerika Yəhudi Komitəsinin icraçı direktoru Devid Harrisin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu vəziyyətin təhlili göstərir ki, Azərbaycan dünyada barışdırıcı missiyanın və sülh təşəbbüslərinin nüvəsini təşkil edir.
ABŞ-Rusiya, Rusiya-NATO, Ukrayna-Rusiya münasibətləri və Qazaxıstandakı hadisələr fonunda Azərbaycanın çoxşaxəli, praqmatik və təmkinli siyasəti özünün qlobal əhəmiyyətini daha da artırmaqdadır. Əvvəllər bunu təsəvvür etmək belə olmurdu. Həmişə kiçik dövlətlər arasında münasibətləri böyük dövlətlər tənzimləyirdi. İndi ərazicə kiçik dövlətlər arasında bir istisna var- Azərbaycan!
Azərbaycan böyük dövlətlər arasında münasibətləri tənzimləyən, bu münasibətlərin təzyiqini ölçən tonometrə çevrilib və sülhün, qarşılıqlı inamın, tərəfdaşlığın əsas vasitəsiçi və iştirakçısı rolunda çıxış edə bilir.
Samir Feyruzov

Siyasi       Tarix: 19 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər sou biznes bu gune olan xeberler son.xeberler