Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanalar yaradılacaq
"Azərbaycanın regionlarında çoxfunksiyalı mərkəzi xəstəxanaların yaradılmasını planlaşdırırıq ki, insanlar yaşadıqları yerlərə yaxın ərazilərdə tibbi xidmət ala bilsin".
Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri Araz Nəsirov Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (International Business Forum - IBF) deyib.
"Ucqar kənd və qəsəbələrdə tibbi xidmətlərə əlçatanlığı təmin etmək əsas hədəflərimizdən biridir. Həkimlərin böyük hissəsi Bakıda cəmlənib", - deyə o, qeyd edib.
Bundan başqa, A.Nəsirov deyib ki, tibbi xidmət sahəsində ölkədə aparılan islahatlar əhalini maliyyə risklərindən qoruyur: "Əvvəllər ölkədə evini satıb, borca girib bahalı əməliyyatlar etdirənlər var idi. Biz dövlət xəstəxanalarında göstərə bilmədiyimiz bəzi tibbi xidmətləri özəl xəstəxanalarda əlçatan etmişik ki, əhali maliyyə risklərinə getməsin"
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR