Azərbaycanın tarixi qələbəsi İranı niyə bu qədər narahat edir? - 'Dəmir yumruq' yerindədir

Azərbaycanın qazandığı qələbəni bəzi dövlətlər həzm edə bilmir. Elə qonşu dövlət olan İran da din qardaşı adlandırdığı Azərbaycana yox, terrorçu Ermənistana dəstək verir. İndi İranı narahat edən daha bir məsələ var: Zəngəzur dəhlizi. İran Zəngəzur dəhlizinin açılmasından narahatlıq keçirir. İranı bunu öz mövqeyində hiss etdirir
Bəs görəsən Azərbaycanın tarixi qalibiyyəti İranı niyə bu qədər narahat edir?
Politoloq İlyas Hüseynov Azxeber.com-a açıqlamasında bildirib ki, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda həm də Zəngəzur dəhlizinə alternativ Qafqaz dəhlizi ideasının irəli sürülməsi bir qədər təəccüblüdür:
"Son dövrlər Zəngəzur dəhlizinə alternativ olaraq İran, Ermənistan, Gürcüstan nəqliyyat dəhlizi üzərində müxtəlif planlar qurulur və müzakirələr aparılır. Əsas məqsəd isə odur ki, Fars körfəzindən Qara dənizə yüklərin daşınmasını həyata keçirməkdir. Burada İranın əks mövqeyi, İran-Azərbaycan münasibətlərinin gərginləşməsi fonunda həm də Zəngəzur dəhlizinə alternativ Qafqaz dəhlizi ideasının irəli sürülməsi bir qədər təəccüblüdür.
Türkiyə və Azərbaycanın regional dövlətlərə təklif etdiyi "3+3" formatından kənarda hər hansı bir planların qurulması kifayət qədər ziddiyyətlidir. Əvvəlki məsələlərdə olduğu kimi burada da İran Azərbaycanın xeyrinə olan məsələyə zidd münasibət bəsləyir. Burada əsas məsələ İran-Ermənistan magistral M2 xəttinin 21 kilomterlik hissəsinin Azərbaycan ərazisindən keçməsidir. Bizim DİN əməkdaşlarının, eləcə də Gömrük Orqanlarının keçirdiyi vergiyə zəlb etmə əməliyyatları ilə yanaşı bütün bu proseslər gedir. Qafqaz dəhlizi ideası regional dövlətlərin, xüsusilə, Rusiya, Türkiyə və Azərbaycanın buraya daha ciddi yanaşması, bütün mümkün imkanların maksimum dərəcədə dəyərləndirilməsi fonunda Zəngəzur dəhlizi istifadəyə veriləcək. Digər alternativ yola ehtiyac qalmayacaq".
Politoloq Ermənistanın da bu layihəyə cəlb olunmasının önəmli olduğunu bildirib:
"Önəmli məsələlərdən biri də Ermənistanın bu layihəyə cəlb olunmasıdır. Ermənistanın suverenlik hüququnun kifayət qədər məhdudlaşdırılması onu deməyə imkan verir ki, Rusiyanın siyasi iradəsi nəticəsində Ermənistan da bu dəhlizə qoşulacaq və digər hər hansı variantları nəzərdən keçirməyəcək".
Belə görünür ki, 44 günlük "Dəmir Yumruq" əməliyyatından dərs çıxarmayan dövlətlər var. Bu "dəmir yumruq" Azərbaycanın ərazi bütövlüyünə mane olmağa çalışan istənilən dövlətə dəyə bilər".
Azərbaycanın tarixi qələbəsi İranı niyə bu qədər narahat edir? - 'Dəmir yumruq' yerindədirPrezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı çıxışlarını isə heç kim unutmamalıdır:
"Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır".
Aydın Nuri

Siyasi       Tarix: 11 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR

Sentyabrın 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibi Raffaella Culiani ilə görüş keçirib. xəbər verir ki, Raffaella Culiani görüşdə Azərbaycan nümayənd

Prezident "ADEX 2026"nın iştirakçılarına müraciət ünvanladı

Prezident İlham Əliyev "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və "Securex Caspian 2026" 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisini

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Əli Əsədov Suriyanın iqtisadiyyat və sənaye nazirini qəbul edib

Azərbaycanın Baş naziri Əli Əsədov sentyabrın 26-da Suriya Ərəb Respublikasının iqtisadiyyat və sənaye naziri Məhəmməd Əl Şaar ilə görüşüb. xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat verilib. Bildirilib ki, görüşd

Leyla Əliyeva Kuvakadla müzakirə apardı - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva sentyabrın 29-da Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakad ilə görüşüb. xəbər verir ki, görüşdə kardinal Cor

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib

Sentyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində "Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qloba


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən görüntüleri ən son xəbərlər bugün son xeberler azerbaycan