Azərbaycanın Trans-Xəzər boru kəməri layihəsinə qoşulması nə verəcək?
"Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutan Trans-Xəzər boru kəməri layihəsinə bütün iştirakçılar böyük maraq göstərir".
Milli.Az xəbər verir ki, bunu Trend-ə rusiyalı iqtisadçı ekspert Stanislav Pritçin deyib.
Onun sözlərinə görə, bu layihənin reallaşdırılmasında ilk növbədə Türkmənistan və Avropa maraqlıdır:
"Bu layihə böyük siyasi əhəmiyyət kəsb edir, xüsusilə də Azərbaycanın iştirakı onun regionda və dünyada əhəmiyyətini artırır. Azərbaycan bu layihədə balanslaşdırılmış mövqe nümayiş etdirir və gizlətmir ki, tranzit ölkə qismində çıxış edə bilər. Bununla da Azərbaycan layihəyə qoşulmağa və dəstəkləməyə hazır olduğunu göstərir".
Ekspert xatırladıb ki, ötən il Xəzərdə trans-sərhəd layihələri barədə Protokol qəbul edilib və bu sənəd bu cür layihələrin reallaşdırılması məsələsini tənzimləyir:
"Bu layihə çərçivəsində ilk növbədə fikirləşmək lazımdır ki, sponsorlar kimdir, çünki bu, ucuz layihə deyil. O cümlədən türkmən qazının Avropa bazarlarına tədarükünün iqtisadi tərəfləri yaxşı işlənməlidir. Azərbaycan öz infrastrukturunu quranadək Avropa bazarında qiymət konyunkturu son dövrlərdə ciddi şəkildə dəyişib. İlk növbədə ona görə ki, Avropaya böyük həcmlərdə mayeləşdirilmiş təbii qaz tədarük olunur və bu da qiymət konyunkturunu pisləşdirir".
Onun fikrincə, Azərbaycanın bu layihəyə qoşulması ölkənin tranzit ölkə qismində regionda və dünyada imicinə müsbət təsir göstərəcək.
Qeyd edək ki, Trans-Xəzər boru kəməri Türkmənistan qazının Azərbaycan vasitəsilə Avropaya nəqlini nəzərdə tutur.
Milli.Az /news.milli.az

Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı
Məktəbdə yıxılaraq həyatını itirən şagirdin anası da faciəli şəkildə ölübmüş
Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib