Azərbaycanın turizm imkanları "Qatar Travel Mart" sərgisində təqdim olunur - FOTO

Azərbaycanın turizm imkanları Azərbaycanın turizm imkanları "Qatar Travel Mart" sərgisində təqdim olunur - FOTO
Azərbaycanın turizm imkanları Qətərin paytaxtı Dohada işinə başlayan "Qatar Travel Mart" sərgisində təqdim olunur.
Noyabrın 18-dək davam edəcək sərgidə Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Azərbaycana həsr olunan panel sessiya keçirilib.
Sessiyada çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid "Pandemiya Azərbaycan turizminə necə təsir etdi? Postpandemiya dövründə turizm sənayesinin bərpası" mövzusunda çıxış edərək, həmçinin Azərbaycanın geniş turizm potensialı, turizmin müxtəlif növlərinin inkişaf perspektivləri, Qarabağın yeni turizm destinasiyasına çevrilməsi planları, Yaxın Şərq ölkələri üzrə aparılan rəqəmsal təbliğat kampaniyaları haqqında məlumat verib.
Tədbirdə Azərbaycan Respublikasının Qətərdə olan səfirliyinin, "Qatar Airways" hava yollarının, eləcə də turizm sənayesinin nümayəndələrinin iştirakı ilə Azərbaycan və Qətər Dövləti arasında ikitərəfli əməkdaşlıq, post pandemiya dövrü üçün Azərbaycanda hotellərin hazırlıq dərəcəsi, dünya brendi olan yeni hotellərin açılması, Azərbaycanın əsas turizm məhsulları və yeni marşrutlar haqqında müzakirələr aparılıb.
Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Azərbaycan stendini ziyarət edib və təbliğat materialları ilə tanış olub.
İlk dəfə keçirilən "Qatar Travel Mart" sərgisi turizm üzrə ixtisaslaşmış beynəlxalq, regional və milli təşkilatları, hava yolları şirkətləri, turoperatorlar, turizm agentlikləri, hotelçilər və onlayn səyahət şirkətlərini bir araya toplayaraq turizm sənayesində rəqabətliliyi artırmaq və qarşılıqlı əməkdaşlığı təmin etmək məqsədini daşıyır.
Sərgiyə dünyanın 31-ə yaxın ölkəsindən turizm sənayesinin təmsilçiləri qatılıb.
Qeyd edək ki, Qətər epidemioloji vəziyyətdə müsbət dinamikanın müşahidə edilməsi ilə əlaqədar səfər məhdudiyyətlərinin götürüldüyü 65 ölkə arasında yer alır. Cari ilin oktyabr ayında Qətərlə "Ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş"inin imzalanması ilə iki ölkə arasında viza tələbi aradan qaldırılıb.
Azərbaycanın turizm imkanları Azərbaycanın turizm imkanları Azərbaycanın turizm imkanları Azərbaycanın turizm imkanları

Turizm       Tarix: 16 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezenesi ən son xəbərlər xeber saytlari