Azərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTO

Azərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTO
Lerik rayonu Azərbaycanın ən səfalı rayonlarından biridir. Nadir ağacları, sərin bulaqları, zümrüd meşələri, tarixi abidələri ilə tanınan Lerik uzunömürlülər diyarı kimi də məşhurdur. Dünyanın yeganə Uzunömürlülər Muzeyinin Lerik rayonunda yerləşməsi də məhz elə bununla əlaqəlidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Uzunömürlülər Muzeyi 1991-ci ildən fəaliyyət göstərir. Muzeyin yaradılmasının əsas səbəbi rayonda uzunömürlü insanların çox olmasıdır.
Muzeyin binası müasir memarlıq elementlərindən istifadə edilməklə inşa olunub. İki salondan ibarət muzeydə yaşı yüzdən yuxarı olan 500-dən çox lerikli haqqında 2 mindən artıq eksponat, o cümlədən maraqlı məlumatlar, fotoşəkillər nümayiş etdirilir.
Burada dünyanın ən uzunömürlü sakini adını qazanmış Şirəli Müslümova, Mahmud Eyvazova və Məcid Ağayevə aid ayrıca stendlər yaradılıb.
Uzunömürlülər Muzeyinin direktoru Dilarə Fətullayeva deyir ki, Lerikdə uzun ömür sürmüş insanların sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çox olub. Dünyanın ən yaşlı sakini - 168 il yaşamış Şirəli Müslümov Lerikin Barzavu kəndindəndir. Bu, Lerikin ən yüksək dağ kəndlərindən biridir. Onun atası 110, anası 90 il ömür sürüb.
Lerikdə ən uzunömürlü qadın 134 yaşlı Cəngəmiran kənd sakini Qızıl Quliyeva olub.
Dilarə Fətullayeva bildirir ki, muzeyə gələn xarici qonaqlar ona uzunömürlülüyün sirləri ilə bağlı çoxlu suallar verirlər: "Uzun ömür sürməyin əsas səbəbi rayonun çox gözəl təbiətə, dağ havasına, təmiz suya malik olmasıdır. Digər bir səbəb isə əlbəttə ki, genetika ilə bağlıdır. İnsanın daimi hərəkətdə olması da başlıca səbəblərdəndir. Uzun ömür sürmüş bütün adamlar daim səhərdən axşama qədər hərəkətdə olublar".
Direktor deyir ki, muzey böyük turizm potensialına malik Lerikə əlavə səyahət həvəskarlarının gəlməsinə səbəb olur:
"Yola saldığımız 2022-ci ildə muzeyi 1700-dən çox turist ziyarət edib. Onların 300-dən çoxu xarici turistlərdir. Gələn xarici qonaqlara uzunömürlülüyün sübutu kimi yaşlı insanların kimlik sənədləri - pasportlar göstərilir".
Uzunömürlülər Muzeyində təkcə yaşlı insanların şəkilləri nümayiş etdirilmir, burada onlara məxsus olan fotolar, etnoqrafik materiallar, yaşadıqları dövrə aid şəxsi əşyaları, əl işləri saxlanılır.
Qeyd edək ki, Lerikdə 168 il yaşamış Şirəli Müslümov Ginnesin Rekordlar Kitabına düşüb.
Azərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTOAzərbaycanın unikallığı ilə seçilən, dünyada yeganə olan muzeydən REPORTAJ - FOTO/ oxu.az

Maraqlı       Tarix: 11 yanvar 2023
f Paylaş

Oxşar xəbərlər

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər bugün azerbaycan son xeber bugun beynelxalq bank mezenne hava proqnozu