Azərbaycanın Xarici İşlər Nazirliyi Pakistana başsağlığı verdi
Azərbaycanın Xarici İşlər Nazirliyi baş vermiş zəlzələ ilə bağlı Pakistana başsağlığı verib.
Azxeber.com-un xəbərinə görə, başsağlığı ilə bağlı yazı nazirliyin rəsmi tviter səhifəsində paylaşılıb.
"Pakistanın Bəlucistan vilayətində zəlzələnin baş verməsi ilə bağlı xəbər bizi dərindən kədərləndirdi. Təbii fəlakət qurbanlarının ailələrinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tez bir zamanda sağalmasını arzulayırıq. Zəlzələnin fəsadlarının aradan qaldırılmasında qardaş Pakistan dövlətinin yanındayıq", - paylaşımda deyilir.
Xatırladaq ki, gecə saatlarında Pakistan ərazisində 5,7 bal gücündə zəlzələ baş verib. Yerlatı təkanların episentri Kvetta şəhərindən 102 km şimal-şərqdə qeydə alınıb. Hadisə nəticəsində 20 nəfər ölüb, 300-dən çox insan zərər çəkib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı