Azərbaycanla birgə hərbi təlimlər başqalarının əleyhinə deyil' - Mövlud Çavuşoğlu
"Türkiyə və Azərbaycan arasındakı münasibətləri heç kimsə poza bilməz. Boş yerə səy göstərməsinlər, enerji sərf etməsinlər".
Azxeber.com xəbər verir ki, bu fikirləri "Report"a Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Biz beynəlxalq hüquq normalarına uyğun olaraq Türkiyədə, Azərbaycanda hərbi təlimlər keçirə və əməkdaşlıq edə bilərik. Sadəcə, Azərbaycan deyil, Türkiyə də daxil olmaqla hər bir ölkə istənilən dövlətlə müxtəlif sahələrdə əlaqələr qura bilər. Əgər onların bizə zərəri yoxdursa, bu ölkələrə üzümüzü çevirib "siz niyə belə edirsiniz?" sualını vermirik.
Bizim də Azərbaycanla olan yaxın qardaşlığımız, münasibətimiz və iş birliyimiz, hərbi təlimlərimiz kiminsə əleyhinə deyil. Ona görə də kimsə boş yerə narahat olmasın. Bizim bu birliyimiz başqalarının əleyhinə olan bir qardaşlıq və həmrəylik deyil", - o bildirib.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı