Azərbaycanla İran arasında yeni körpü inşa ediləcək - RƏSMİ
Astaraçay üzərindəki yeni avtomobil yolu körpüsünün tikintisinin bu ilin sonuna kimi yekunlaşdırılması nəzərdə tutulur.
KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan Hökümətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Rüstəm Qaseminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündən sonra deyib.
"Bu gün biz İran tərəfi ilə birgə Astaraçay üzərində yeni avtomobil körpüsünün təməlini qoyacayıq ki, qısa müddətdə bu ilin sonuna kimi inşa olunsun", – deyə o qeyd edib.
Bugünkü görüşdə Azərbaycan və İran arasında körpünün tikintisi ilə bağlı protokol imzalanıb. Körpünün təməli bu gün qoyulacaq. Təməlqoyma mərasiminə Azərbaycan və İran rəsmiləri qatılacaq.
Qeyd edək ki, son illərdə Azərbaycanla İran arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalarının həcmi artıb. Hazırda istifadə olunan Astaraçay üzərindəki avtomobil yolu körpüsünün istismar müddəti başa çatdığı üçün Astara (Azərbaycan Respublikası) – Astara (İran İslam Respublikası) sərhəd-keçid məntəqəsinin ərazisində, Astaraçay üzərində yeni avtomobil yolu körpüsünün və piyada keçidinin tikintisi zərurəti yaranıb.

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var