Azərbaycanla Qırğızıstan arasında birbaşa aviareysin açılacağı gözlənilir - FOTO
Azərbaycanla Qırğızıstan arasında birbaşa aviareysin açılacağı gözlənilir - FOTO
"İyulun 22-dən Azərbaycanla Qırğızıstan arasında birbaşa aviareysin açılacağı gözlənilir".
Qırğızıstanın Azərbaycandakı səfiri Kayrat Osmonaliyevin bazar ertəsi "Trend"ə verdiyi məlumata görə, aviareys iki ölkənin paytaxtını - Bakı və Bişkeki birləşdirəcək.
"Səfirliyimizin təşkilati dəstəyi ilə aviareysin işə düşməsi ilə əlaqədar birgə fəaliyyətə dair müvafiq saziş "Fly Khiva Group" aviaşirkətinin rəhbəri Dilşod Xocayev və Azərbaycanda Qırğızıstan Ticarət Evinin təsisçisi Zəfər Məmmədov tərəfindən imzalanıb", - deyə səfir qeyd edib.
O, reysin artıq anons edildiyini və bu marşrutla ilk sərnişin daşımalarının iyulun 22-də həyata keçiriləcəyini bildirib.
Cədvələ əsasən, reyslər həftədə bir dəfə olmaqla şənbə günləri həyata keçiriləcək. Bakıdan uçuş saat 22:00-da (GMT+4), Bişkekə eniş isə saat 02:35-də (GMT+6) baş tutacaq. Uçuş müddəti 2 saat 35 dəqiqə olacaq. Təyyarə əks istiqamətdə saat 03:35-də (GMT+6) yola düşməklə Bakıya saat 04:45-də (GMT+4) enəcək. Uçuş müddəti 3 saat 10 dəqiqə olacaq. / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Zaqatalaya güclü leysan və dolu yağıb
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
Qazancına görə bütün futbolçuları geridə qoydu
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu