Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQ

Azərbaycanla şərti sərhədə artilleriya qurğuları yığan Ermənistana XƏBƏRDARLIQErmənistan son günlər Azərbaycan ilə şərti sərhəddə təxribatlarını yenidən intensivləşdirib.
Belə ki, avqustun 18-də Laçın rayon mərkəzindən hava yolu ilə təxminən 16 km məsafədə yerləşən Gorus rayonunun Qaraşen kəndi yaxınlığında Ermənistan silahlı qüvvələrinin yaratdığı yeni hərbi hissənin görüntüləri yayılıb. Peyk görüntülərindən bu hərbi hissənin əlahiddə artilleriya divizionu olduğu və qoşquda daşınan səkkiz ədəd artilleriya qurğuları ilə təchiz edildiyi aydın olub.
Ermənistanın hücum silahlarını məhz Azərbaycan ilə sərhədin çox yaxınlığında yerləşdirməsi, şübhəsiz ki, bu ölkənin yeni təxribatlara və eskalasiyaya hazırlaşdığını nümayiş etdirir. Əks halda, rəsmi İrəvanın revanşist mövqedə olduğunu nümayiş etdirən növbəti fakt cəmi bir gün sonra üzə çıxmazdı. Belə ki, Azərbaycan Müdafiə Nazirliyinin avqustun 19-da yaydığı məlumata görə, Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter Gorus rayonunun Brun yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun üzbəüz mövqeləri üzərində kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib. Bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatının fəaliyyətinə xüsusi texniki vasitələrlə müdaxilə edilib və ərazidən uzaqlaşdırılıb.
Mövzunu Oxu.Az-a dəyərləndirən hərbi ekspert Azər Bayramov bildirib ki, Ermənistanın şərti həmsərhəd bölgədə təxribatlarını artırması bu ölkənin riyakar planlarından xəbər verir:
"Ümumilikdə isə İkinci Qarabağ müharibəsindən bu günə qədər Ermənistan hərbi-siyasi rəhbərliyinin sülhdən danışdığı halda, bunun əksinə olaraq havadarlarının dəstəyilə daha çox silah-sursat almağa və ordunun yenidən formalaşdırılması istiqamətində ciddi addımlar atmağa çalışdığını müşahidə edirik. Son günlərdə Ermənistanın Gorus istiqamətində yeni hərbi baza tikməsi ilə bağlı yayılan xəbərlər də bu ölkənin gələcəkdə daha geniş təxribatlara hazırlaşdığını bir daha göstərir".
"Əlbəttə ki, Ermənistan bu addımların onun üçün yaxşı nəticələr vəd etmədiyini başa düşməlidir. Çünki Ermənistanın hərbi-siyasi rəhbərliyi müxtəlif bəhanələr və absurd açıqlamalarla bu təxribatları təkzib etməyə çalışsa da, reallıq göz önündədir. Təxribatların xarakterinə baxdığımız zaman da burada təkcə mövqelərimizin atəşə tutulması deyil, eyni zamanda, kəşfiyyat xarakterli addımlar da görünür ki, bu da Ermənistanın yaxşı niyyətdə olmadığını bir daha nümayiş etdirir. Ermənistanın hərbi-siyasi rəhbərliyi unutmamalıdır ki, bu addımlar ilk növbədə onların özü üçün zərərlidir", - deyə ekspert vurğulayıb.
Müsahibimizin sözlərinə görə, Azərbaycan Müdafiə Nazirliyinin son xəbərdarlığı Ermənistan hakimiyyəti üçün ciddi bir siqnal olmalıdır:
"Yəni Ermənistan hakimiyyəti bu xəbərdarlıqdan nəticə çıxarmalıdır. Təxribatların davam etməsi Azərbaycanı zəruri tədbirlər həyata keçirmək məcburiyyətində qoyacaq ki, bu tədbirlərin doğurduğu nəticələrdən də yalnız Ermənistan və havadarları məsuliyyət daşıyacaqlar".
Hərbi ekspert Ədalət Verdiyev isə Oxu.Az-a açıqlamasında bildirib ki, Ermənistan bu ilin 5 aprelində ABŞ və Avropa İttifaqı ilə hərbi pakt imzaladıqdan sonra özünü kifayət qədə aqressiv aparır:
"Bu aqressiv davranışlar dava əvvəl Azərbaycan ərazilərində kəşfiyyat məqsədli PUA uçuşlarının həyata keçirilməsi və atəşkəsin Laçın, Kəlbəcər istiqamətində kifayət qədər intensiv şəkildə pozulması ilə müşahidə olunurdu. Son zamanlar isə atəşkəs pozuntuları daha çox Naxçıvan istiqamətində qeydə alınır. Paralel olaraq da Ermənistan danışıqlar masasından imtina edir və Azərbaycanla şərti sərhəddə yeni və ağır silahlarla təchiz olunan hərbi hissələr yaradır.
Digər tərəfdən isə mütəmadi olaraq ABŞ, Fransa və Hindistandan silahlar əldə edir və bu fəaliyyətlərin hamısı ümumilikdə Ermənistanın növbəti genişmiqyaslı təxribatlara, hətta eskalasiyaya hazırlaşdığını deməyə əsas verir. Görünən odur ki, Ermənistan Qərb tərəfdaşlarının verdiyi hərbi, siyasi və maliyyə dəstəyi nəticəsində öz potensialını bərpa etməyə və Azərbaycana qarşı revanşist addımlar atmağa hazırlaşır".
"Biz əvvəllər də, Laçın istiqamətində "Qaragöl" və Kəlbəcər istiqamətində "Qisas" əməliyyatları zamanı Ermənistanın buna bənzər davranışlarının şahidi olmuşduq. Azərbaycan Ordusunun bu təxribatların qarşısını alması və keçirilən bu əməliyyatların Ermənistan üçün hansı ağır nəticələrlə yadda qaldığı da heç kimə sirr deyil", - deyə ekspert vurğulayıb.
Müsahibimiz hesab edir ki, düşmənin mövqelərimizi atəşə tutduğu nöqtələr dərhal zərərsizləşdirilməli, orada yerləşən şəxsi heyət və silahlar isə tam məhv edilməlidir:
"Əgər bu mövqelər Azərbaycan üçün hansısa əhəmiyyət daşıyırsa, o zaman Azərbaycan əsgəri və bayrağı həmin döyüş mövqelərində olmalıdır. Yox, həmin mövqelərin bizim üçün xüsusi bir əhəmiyyəti yoxdursa, onda Azərbaycan bu mövqeləri daim nəzarət altında saxlamalı və düşməni həmin mövqelərdə yerləşməsinə imkan verməməlidir". / azxeber.com

Siyasi       Tarix: 21 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana gələcək. xəbər verir ki, -ın əldə etdiyi məlumata görə, səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr - Zəfər Günü münasibətilə keçiriləcək bayra

ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. xəbər verir ki, məktubda deyilir:. "Zati-aliləri. 8 Noyabr – Zəfər Günü münasibətilə Zati-aliniz

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


azerbaycan xeberleri yeni xeberler son xeberler qurban bayrami 2026 cəbhədən yeni xəbərlər sonxeberler cəbhədən canlı