Azərbaycanla Türkiyə arasında daha bir sahədə əməkdaşlıq protokolu imzalandı
Azərbaycanla Türkiyə arasında daha bir sahədə əməkdaşlıq protokolu imzalandı
Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) ilə Türkiyənin Səyahət Agentlikləri Birliyi (TÜRSAB) arasında turizm həcminin artırılması istiqamətində əməkdaşlıq protokolu imzalanıb.
"TRT Haber" məlumat verir ki, TÜRSAB-ın rəhbəri Firuz Bağlıkaya ulu öndər Heydər Əliyevin "bir millət, iki dövlət" şüarının iki ölkə arasındakı münasibətləri ümumiləşdirən ən gözəl cümlə olduğunu bildirib.
"Dostluğumuz strateji tərəfdaşlıqlarla daha da möhkəmləndikcə, hər keçən gün bu əməkdaşlığı daha da yüksək səviyyəyə qaldırmaqdan məmnun oluruq. Bu əməkdaşlığı daha da inkişaf etdirəcək ən vacib sahələrdən biri də turizm sektoru olacaq", - deyə o qeyd edib.
ATAA sədri Rüfət Hacıyev də imzalanan protokolla iki ölkənin turizm potensialının daha da artacağına ümid etdiyini vurğulayıb. /oxu.az

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var