Azərbaycanlı alimin məqaləsi dünyanın nüfuzlu jurnalında dərc edildi

Azərbaycanlı alimin məqaləsi dünyanın nüfuzlu jurnalında dərc edildiAzərbaycanlı alimin Zəngəzur dəhlizi ilə bağlı məqaləsi dünyanın nüfuzlu jurnalında dərc edilib. 
Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşı Zaur Əliyevin dünyada mövcud A kateqoriyalı və beynəlxalq xülasələndirmə bazası olan Web of Science-də indekləşən jurnallarda Azərbaycan həqiqətlərini nüfuzlu alimlərə çatdırmaq və mövzu üzrə yalnız bizə istinad edilməsi istiqamətində növbəti məqaləsi dərc edilib.
azxeber.com xəbər verir ki, Kubada nəşr edilən "Universdad de Soseydad" nüfuzlu elmi jurnalda  "Zəngəzur dəhlizi: dünyanın geosiyasi konyukturasında yeni mənzərə" adlı məqalədə müəllif  mövcud siyasi prosesləri və tarixi faktları təhlil edərək yazır: 
"Zəngəzur dəhlizinin strateji, iqtisadi və geosiyasi əhəmiyyətini və onun ticarət yolu kimi açılmasının potensial faydaları var. Mövcud qlobal iqtisadi kontekstdə dünya üzrə əsas yük axınları Asiyadan Avropaya yönəlir. Bu mənada Zəngəzur dəhlizinin bir hissəsi olduğu Böyük İpək Yolu, xüsusən də iqtisadiyyatları bu yeni keçid marşrutundan əhəmiyyətli dərəcədə faydalanacaq Çin və Avropa İttifaqı üçün fundamental əhəmiyyət kəsb edir. Azərbaycanın 44 günlük Vətən Müharibəsindəki qələbəsindən sonra regionda yeni geosiyasi reallıq bərqərar oldu və burada Zəngəzur dəhlizindən istifadə münaqişəyə son qoyan noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatda öz əksini tapmış əsas elementlərdən birinə çevrildi. İnanırıq ki, Zəngəzur dəhlizinin açılışı regionun geosiyasi və iqtisadi dinamikasına transformativ təsir göstərəcək, iştirakçı ölkələr üçün yeni və dəyərli ticarət və qarşılıqlı əlaqə imkanları təmin edəcək, onların qlobal mövqelərini möhkəmləndirəcək. Bu strateji layihə təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə, Ermənistan və regionun digər dövlətləri üçün mühüm siyasi, iqtisadi və təhlükəsizlik faydaları yaratmaq potensialına malikdir"
Qeyd edim ki, bu istiqamətdə dünya səviyyəsində çıxan ilk elmi məqalədir və ciddi qaynaqlar və mənbələr, ekspert rəyləri əsasında hazırlanıb. Dünyanın elmi tədqiqat aparan alimləri üçün əsl həqiqətlərə istinad edilməsində məqalənin həm elmi,həm də siyasi əhəmiyyəti vardır. 
Məqalə ilə aşağıdakı linkə daxil olub tanış olmaq olar.
Azərbaycanlı alimin məqaləsi dünyanın nüfuzlu jurnalında dərc edildiAzərbaycanlı alimin məqaləsi dünyanın nüfuzlu jurnalında dərc edildi

Sosial       Tarix: 01 iyun 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Bu avtomobillər 600 manatdan satışa çıxarılır

Azərbaycanda dövlət qurumlarının balansında olan müxtəlif nəqliyyat vasitələri hərraca çıxarılacaq. xəbər verir ki, hərrac Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfində

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Göygöldə 32 yaşlı kişi bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib. xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, 1994-cü il təvəllüdlü Elcan Həsənov bıçaqlanma diaqnozu ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14


son xeberler yeni xeberler azerbaycan xeberleri idman xeberleri cəbhədən canlı en son xeberler xeberler bu qun