Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının "Gələcək Liderlər -2022" proqramını bitirdi

Azərbaycanlı bankir Amerika Banklar Assosiasiyasının Artıq 7 ildir ki, Amerika Banklar Assosiasiyasının törəməsi olan BAFT (The Bankers Association for Finance and Trade) tərəfindən "BAFT Future Leaders Program" (BAFT Gələcək Liderlər Proqramı) layihəsi həyata keçirilir. Assosiasiyanın builki proqramına qatılan Kapital Bank-ın texnoloji həllər ofisinin rəhbəri Fərid Səmədov proqramı uğurla başa çatdırıb.
"Gələcək Liderlər – 2022" proqramının bitməsi ilə əlaqədar ABŞ-nin Vaşinqton şəhərində keçirilən İllik Toplantı zamanı Fərid Səmədov da daxil olmaqla proqramın bütün məzunlarına xüsusi mükafatlar təqdim olunub. "Gələcək Liderlər" proqramında dünyanın 22 ölkəsindən ümumilikdə 35 iştirakçı məzun adını qazanıb.
"Gələcək Liderlər" proqramının məqsədi davamlı transformasiyadan keçən bank sənayesində potensiallı liderləri müəyyən edərək, onların inkişafına dəstək verməkdir. BAFT dünyanın 60 ölkəsində 280 maliyyə institutu və qeyri-bank təşkilatları ilə əməkdaşlıq edir ki, bu da seçimlər zamanı coğrafi müxtəlifliyi nəzərə almağa və proqrama fərqli təcrübəyə sahib peşəkarların cəlb edilməsinə imkan verir.
Qeyd edək ki, Kapital Bank 1–4 may 2022-ci il tarixlərində BAFT-ın Qlobal İllik Toplantısında da iştirak etmişdi. Bank 2017-ci ildən Amerika Banklar Assosiasiyasının (American Bankers Association) üzvüdür və MDB dövlətləri arasında assosiasiyada təmsil olunan yeganə maliyyə qurumudur.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 105 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , BirKart sifarişi üçün – .

İqtisadiyyat       Tarix: 17 may 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.31% artaraq 4.190 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.08% bahalaşaraq 59.58 AB

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

Nazirlər Kabineti "İxrac və daxili daşıma dəstəyi məbləğlərinin ödənilməsi zamanı qeyri-neft-qaz mallarının Azərbaycan Respublikası mənşəli olmasının müəyyən edilməsi Qaydası"nı təsdiqləyib. Bununla bağlı Baş nazi


yeni xeberler son xeberler azerbaycan xeberleri xeber.az son xeberler son xeberler bugun 2026 azerbaycan cəbhədən son məlumatlar bugun xeberler