Azərbaycanlı bəstəkarın xanımı: "Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik

Azərbaycanlı bəstəkarın xanımı: Azərbaycanlı bəstəkarın xanımı: "Sibel Can bilməlidir ki, oğurluq mahnı oxuyur, təzminat tələb edəcəyik"
Türkiyəli müğənni Sibel Canın səsləndirdiyi "Tamam o zaman" mahnısının plagiat çıxdığı bildirilir. Bəstənin mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin oxuduğu "Gülüb getdi" mahnısının eynisi olduğu iddia edilib. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Tahir Əkbərin xanımı Aybəniz Əkbərova Moderator.az-a açıqlamasında mözvuya aydınlıq gətirib.
"Əgər 4 notdan artıq oxşarlıq varsa mahnının plagiat olması təsdiqlənir. Bu dünya üzrə də qəbul olunmuş qanundur. Musiqiçilər, bəstəkarlar deyir ki, bu mahnıda 6-8 arası eyni not var. Özü də sıralama ilə gedir. Mən özüm də dinləmişəm və qərara gəlmişəm ki, mahnı oğurlanıb. Peşəkar bəstəkarların mahnılarını dövlət qoruyur, eləcə də Tahir Əkbərin mahnılarını. Biz varisi olaraq Əqli Mülkiyyət Agentliyinə müraciət etməliyik. Əsər ekspertə gedəndən sonra plagiat olması təsdiqlənsə, əlbəttə ki, bəstəkarla əlaqə saxlamalıyıq. Əgər o da bu məsələni boynundan atsa, biz təzminat tələb edə bilərik. Deyilənə görə bəstəni türk yox, ərəb bəstələyib. Amma dəqiq bilmirik, araşdırılacaq. Sibel Can ifaçıdır, mən bildiyim qədərilə təzminatı bəstəkar ödəməlidir. Sibel Can da bilməlidir ki, oğurlanmış mahnı oxuyur. Mahnılar bir-birinə oxşaya bilər, amma notlar üst-üstə düşə bilməz. Biri var anonim, biri də var ki, oğurluq. Mahnının nəqarət hissəsinin notları oğurlanıb. Bir neçə dəfə də bu məsələ qaldırılıb. Tahir bu əsəri 1987-ci ildə bəstələyib. Sibel Can isə bu mahnını 2015-ci ildə ifa edib. Musiqişünaslar buna rəy verməlidirlər. Tahir deyirdi ki, "7 not var, amma hər bəstəkar bu notların içində öz notunu tapmalıdır". Bir insanın beyninin məhsulunu necə oğurlamaq olar?! Əlbəttə ki, olmaz! Bir əsəri, mahnını bəstələmək illərlə davam edən ağır və çətin bir prosesdir. Bu mahnını Azərbaycanda Teymur Əmrah, Mətanət İsgəndərli, Sevda Yəhyayeva və s. müğənnilər ifa edib. Son günlər bu mahnıya daha çox tələbat var", - deyə bəstəkarın xanımı bildirib.
Aybəniz xanım bildirib ki, bu, Tahir Əkbərin oğurlanan ilk mahnısı deyil.
"Türkiyənin məşhur müğənnisi Nəşə Karaböcək onun "Heç küsməyin yeridirmi?" mahnısını albomuna əlavə edib və orada mahnının müəllifi kimi Əsəd adlı bir şəxsi qeyd edib. Tahirin "Əzizim" mahnısını "Rüyalarda buluşuruz" mahnısı kimi təqdim ediblər. Onların məşhur kanon ifaçısı Halil Karaduman notbanot bütün mahnını oğurlamışdı. Tahir xəstələndi, bu məsələni başa çatdıra bilmədi. Hətta o vaxt Türkiyənin Azərbaycandakı səfirliyinə də müraciət etmişdik. Səfirin xanımı musiqiçiyə zəng edib, məsələni araşdırmışdı. Demişdi ki, "müəllif qarşımda oturub, bu nə işdir görmüsünüz?" , - deyə xanımı bildirib. / oxu.az

Şou Biznes       Tarix: 17 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"Ceylan"la "Haydar Ali"dən eşq etirafı - FOTO

"Yeraltı" serialının ulduzları Devrim Özkanla Deniz Can Aktaş sevgili olduqlarını elan ediblər. Özkan ötən gün sevgilisi ilə birgə fotosunu paylaşıb. Cütlüyün eşq etirafı gündəm olub. /

Azərbaycanlı reperlə oxuduğu duetə görə saxlanıldı

Lvbel C5 səhnə adı ilə tanınan türkiyəli reper Süleyman Burak Bodur saxlanılıb. Bu haqda "Sözcü" məlumat yayıb. Onun saxlanılmasına səbəb azərbaycanlı reper Asya Əlizadə ilə birgə ifa etdiyi "K" mahnıs

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

Türkiyədə məşhurlara qarşı aparılan narkotik araşdırması çərçivəsində saxlanılan aktrisa Çağla Bozun narkotik testi ilə bağlı nəticə açıqlanıb. Türkiyə mediası xəbər verir ki, əməliyyat zamanı aralarında aktrisa Çağla Bozu

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Zəminədən iddialı fotosessiya: Milli motivlər müasir dəbdə - FOTOLAR

Özünəməxsusluğu ilə fərqlənən gənc və sevilən  müğənni Zəminə Rəhimova növbəti dəfə tərzi ilə göz oxşayıb. xəbər verir ki, sənətçi milli motivlərlə müasir dəbin sintezindən ibarət yeni fotosessiyasını təqdim edib. Son illərd

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Bir bölümə 150 min manatdan çox - Türk aktyorlarının QAZANCI

Türkiyə serialları təkcə ölkə daxilində deyil, dünyanın bir çox ölkəsində böyük auditoriyaya sahibdir. Serialların beynəlxalq satışları və məşhur aktyorlara olan maraq ulduzların qonorarlarına da təsir göstərir. Bəzi ba


son xeberler azerbaycan xeberleri yeni xeberler cebheden xeberler sonxabar qarabag maliyye xeberler bugun