Azərbaycanlı Brüs Li anasına qovuşdu - FOTO
Azərbaycanlı Brüs Li anasına qovuşdu - FOTO
Rusiyanın Krasnoyarsk vilayətinin Açinski şəhər sakini 30 il ayrılıqdan sonra Brüs Li ilə görüşüb.
Olqa Derbedenevanın 30 il görmədiyi oğlu Rusiyanın "Birinci kanal"ının efirində qarşısına çıxıb.
Veriliş "YouTube"da yayılıb.
1987-ci ildə Olqa Derbedeneva onlara qonşu kənddə yaşayan azərbaycanlı Ələddin Kərimovla tanış olub. Birlikdə yaşamağa başlayan cütlüyün Brüs Li adlandırdıqları oğlu dünyaya gəlib.
Qadın qanunsuz spirtli içki satışı ilə dolanıb, əri tez-tez gəlməyə başlayıb. Qayıdandan sonra həm O.Derbedenevanı, həm də onun anasını döyüb. Bir müddət sonra Kərimov oğlunun doğum şəhadətnaməsini də aparıb. Onların rəsmi nikahının olmamaları vəziyyəti daha da gərginləşdirib.
Sonda Ələddin Kərimov oğlunu anasından ayıraraq, Azərbaycana aparıb. Onun adı Bəxtiyar olaraq dəyişdirilib və anasının qatarın altına qalaraq öldüyü barədə məlumat verilib.
Azərbaycana gəlməyə cəsarət etməyən O.Derbedeneva yenidən ailə qurub. Hazırda o, ərindən boşanıb və ikinci nikahdan olan oğlu ilə yaşayır.
Azərbaycanda yaşayan Bəxtiyar isə avtomobil xidmətində işləyir, arvadı və uşaqları var. Onu doqquz il əvvəl vəfat edən nənəsi böyüdüb. Ana və oğul ayrılıqdan düz 30 il sonra efirdə görüşə biliblər.



Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb