Azərbaycanlı deputatlar: "Gürcüstanda parlament seçkiləri azad və ədalətli qiymətləndirilir
Azərbaycanlı deputatlar: "Gürcüstanda parlament seçkiləri azad və ədalətli qiymətləndirilir"
Gürcüstanda keçirilən parlament seçkilərini azad və ədalətli qiymətləndirmək olar.
"Report" xəbər verir ki, bu barədə Milli Məclisin GUAM Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri, seçkiləri müşahidə edən Elnur Allahverdiyev bildirib.
Onun sözlərinə görə, seçkilər ATƏT, Avropa Şurasının standartları, həmçinin milli qanunvericilik, Gürcüstanın Mərkəzi Seçki Komissiyasının prosedur və qaydalarına tam uyğun şəkildə baş tutub.
Deputat qeyd edib ki, GUAM-dan olan müşahidəçilər səsvermə prosesində ciddi pozuntularla qarşılaşmayıblar: "Seçki məntəqələrində seçicilərin mövqelərinin azad ifadə olunması üçün bütün şərait yaradılmışdı".
Səsvermə prosesini izləyən digər deputat, Azərbaycan-Gürcüstan parlamentlərarası işçi qrupunun rəhbəri Arzu Nağıyev də öz növbəsində bildirib ki, seçkilər ən yüksək səviyyədə təşkil olunub: "Seçkilərin baş tutduğunu demək olar".
Deputat qeyd edib ki, azərbaycanlı parlamentarilər müxtəlif şəhərlərdə olan seçki məntəqələrinə baş çəkiblər və müşahidə zamanı heç bir insident qeydə alınmayıb. /oxu.az

Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına