Azərbaycanlı ilə evli olan erməni: "Bütün Qarabağ – Azərbaycanın ərazisidir" - VİDEO

Azərbaycanlı ilə evli olan erməni: Dmitri Moisyan – milliyyətcə ermənidir, ancaq Bakıda doğulub və paytaxtımızda 17  il yaşayıb. Buna baxmayaraq, Azərbaycan paytaxtına sevgisi həmişəlik qəlbində qalıb.
CBC TV-nin efirində Dmitri Moisyan Sovet İttifaqı dönəmində özünün və ailəsinin Bakıda necə xoşbəxt yaşamasından bəhs edib.
"Yalnız yaxşı şeylər xatırlayıram. Pis heç nə deyə bilmərəm. Hələ də Bakıya getmək istəyirəm. Bura möhtəşəm beynəlmiləl şəhərdir. Qonşularla mehriban yaşayırdıq. Milli zəmində heç vaxt sual yaranmayıb. Heç kim milliyyətlə maraqlanmırdı, sadəcə ünsiyyət saxlayırdı", - deyə o bildirib.
D.Moisyan hələ münaqişə başlanmasından əvvəl 1989-cu ildə Simferopol Ali Hərbi Peşə məktəbinə daxil olduğu üçün Bakıdan gedib. Qayıtmaq istədikdə isə məlum olub ki, ailəsi də məlum hadisələrə görə Bakını tərk edir.
Lakin D.Moisyan Ermənistana getmək istəməyib və hazırda da İsraildə yaşayır.
"Bəli, mən milliyyətcə erməniyəm, amma Ermənistan məni heç vaxt özünə çəkməyib. Bu, mənlik deyil", - deyə ailəsində heç kimin etnik vətənlərinə qayıtmağı düşünmədiyini, təklif etmədiyini söyləyən D.Moisyan qeyd edib.
"Tezliklə 50 yaşım tamam olacaq. Bakını 17 yaşım olanda tərk etmişəm. Nə deyə bilərəm ki, ürəyim hələ də Bakıdadır. Ora mənim vətənimdir. Ermənistanla məni heç nə və heç kim bağlamır", - deyə D.Moisyan bildirib.
O, həmçinin azərbaycanlı xanımla evli olduğunu etiraf edib.
"Doğulandan bilirəm ki, bütün Qarabağ – Azərbaycanın ərazisidir. Bundan başqa heç nə deyə bilmərəm. Doğulandan bilirəm ki, bütün bu ərazilər Azərbaycanındır", - deyə D.Moisyan vurğulayıb.
Sonda D.Moisyan bildirib ki, azərbaycanlılarla ermənilərin sülh içində yaşaya biləcəyinə inanır, çünki bu xalqlar nə vaxtsa dost kimi yaşayıblar.

Siyasi       Tarix: 29 noyabr 2021
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır

Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır, bütün Azərbaycan xalqı üçün bayramdır. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Xocavənddə Quzeyxırman və Güneyxırman kəndlərin

Prezidentin maşınında selfi çəkdi - Foto

Azərbaycanda səfərdə olan Slovakiya Prezidenti Peter Pelleqrini Prezident İlham Əliyevin avtomobilində selfi çəkib. xəbər verir ki, bununla bağlı görüntünü Peter Pelleqrini sosial şəbəkə hesabında paylaşıb. "Növbət

Belə avtomobillə heç yerə getmərəm' - Prezident

Azərbaycan Prezidenti İlham Əliyev elektrik avtomobillərində FM radio məsələsinə münasibət bildirib. APA-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bu məsələyə IV Şuşa Qlobal Media Forumunda elektrik avtomobillərind

Prezident: Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir

Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və bu gözəl inkişafı görəndə, əlbəttə ki, ürəyim sevinir. Bir daha əmin oluram ki, biz nə qədər böyük xalqıq, qurub-yaradan xalqıq. xəbər verir ki, bu fikirləri Prezident İlha

Prezident qəbul keçirdi - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev bu gün İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edib. xəbər verir ki, qonaq İordaniyanın Kralı II Abdulla

Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəlib

Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini iyulun 13-də Azərbaycana rəsmi səfərə gəlib. xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxr

İlham Əliyev: Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb

Xalqımız kimi birlik nümayiş etdirən ikinci xalq olmayıb yaxın keçmişdə. xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpas

Putindən Krımla bağlı GÖSTƏRİŞ - Nə baş verir? 

Rusiya Prezidenti Vladimir Putin Krım və Sevastopol ərazilərində yanacaq qiymətlərinin aşağı salınması məqsədilə bölgəyə təcili qaydada subsidiyaların ayrılmasını tapşırıb. KONKRET.azxəbər verir ki, hökumətlə keçirilən iclasd

KİV: Dubay şirkəti Hörmüz boğazından yan keçmək üçün liman tikəcək

Dünyanın ən böyük liman operatorlarından biri, Dubayın "DP World" şirkəti Fars körfəzində yüklərin Hörmüz boğazından yan keçməklə daşınmasına imkan verəcək yeni dəniz limanı yaratmağı planlaşdırır. bu barədə "Financia


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat hava haqqinda son.xeberler son xeberler bugun 2026 muharibe