Azərbaycanlı imam: "Özlərini İslam hökuməti adlandıranlar müsəlman qanı axıdanların sırasında yer alırlar

Azərbaycanlı imam: "Əfsuslar olsun ki, özlərini İslam hökuməti adlandıranlar, İslamı ən gözəl yaşayırıq düşüncəsinə qapılanlar, müsəlmanın, məzlumun yanında yer almağın əvəzinə, müsəlmana zülm edərək müsəlman qanı axıdanların sırasında və səflərində yer alırlar".
"Heydər" məscidinin imamı Rüfət Qarayev "Facebook" səhifəsində İranın hərbi təlimlərinə belə münasibət bildirib.
"Vətən anamızdır. Ana Vətənə xidmət etmək isə hər birimizin ən başlıca vəzifəsidir. Ümmətini ana şəfqəti ilə sevən Allahın Rəsulu (salavatullah) belə buyurdu: "Vətəni sevmək imandandır". Yəni, Allaha və Rəsuluna inanan, "Əhli-beyti" və səhabələri sevib yollarıyla gedən insan Vətənini sevəcəkdir. Sevmək məcburiyyətindədir. Çünki Vətən onun anasıdır. Yenə də Allahın Rəsulu (salavatullah) belə buyurdu: "Cənnət anaların ayaqları altındadır". Demək ki, Cənnətə gedən yolumuz da bu ana Vətəndən başlayır", - deyə məscidin imamı bildirib.
İslam peyğəmbərinin və İmam Əlinin nümunəvi davranışlarından bəhs edən R.Qarayev daha sonra qeyd edib:
"Vətən sevgisi ilə bağlı dəlilləri sadalamağa başlasaq, kifayət edəcək qədər dəlillərimiz vardır. Bəs sual olunur, nə üçün biriləri var gücləri ilə çalışırlar ki, Vətən sevgisi ilə bağlı olan hədisi zəif hədis hesab etsinlər. Qurani-Kərimin, "birləşin!", "Bir olun!", "Güclü olun!", "Vəhdət edin!" kimi əmrlərini görməzlikdən gələrək, bizi İslamın həqiqi simasından uzaqlaşdıraraq, özlərinin boyadığı yalançı boyalarla bəzədikləri İslama dəvət edirlər. Fürsət tapdıqları zaman isə öz tülkü simalarını gizlədərək, şir olduqlarını bildirib güc nümayiş etdirirlər. Demək ki, bunlar Həzrət Əli aşiqi olduqlarını belə saxtakarlıqla təqdim edirlər. Əgər belə olmasaydı, Həzrət Əlinin (əleyhissalam) kəlamlarına əməl edər, "Dostun dostundur, dostunun dostudur, düşməninin düşmənidir" kəlamına müxalif addım atmazdılar.
Hamıya məlumdur ki, erməni faşistləri bizim düşmənlərimizdir. Bu sadə düşmənçilik və ya güzəştə gedib bağışlanacaq düşmənçilik deyil. Bu, qan düşmənçiliyidir. Bu can düşmənçiliyidir. Bu, namus düşmənçiliyidir. Bu, xəyanət düşmənçiliyidir. Amma əfsuslar olsun ki, özlərini İslam hökuməti adlandıranlar, İslamı ən gözəl yaşayırıq düşüncəsinə qapılanlar, müsəlmanın, məzlumun yanında yer almağın əvəzinə, müsəlmana zülm edərək, müsəlman qanı axıdanların sırasında və səflərində yer alırlar. Sizcə yenidən oturub, dərindən düşünməyin zamanı deyilmi?".

Sosial       Tarix: 22 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber xeberler bu qun son xeberler 2026 sonxeber