Azərbaycanlı məşhurların xaricdəki mülkləri - İstanbulda kimin evi var?

Azərbaycanlı məşhurların xaricdəki mülkləri - İstanbulda kimin evi var?İstər mahnıları, istər bahalı həyat tərzi, istərsə də özəl həyatları ilə gündəmə gələn şou-biznes nümayəndələri zaman-zaman mülkləri ilə də diqqət çəkirlər. Onlar arasında bəziləri də var ki, nəinki Azərbaycanda, sərhəddən kənarda da mülk almağa üstünlük verirlər. Bunun üçün isə onlar daha çox qardaş ölkə Türkiyəyə üz tuturlar.
azxeber.com Türkiyənin ən gözəl şəhərlərində mülk sahibi olan məşhurlarımızla bağlı araşdırma aparıb. 
Bu siyahıda ilk pillədə xalq artisti Röya Ayxan gəlir. İstanbulda evi olan sənətçi, daha sonra açıqlamasında Mayamidə də oğlu Hüseyn üçün ev aldığını açıqlamışdı. Xalq artisti hər ölkədə bir evinin olmasını arzuladığını da bildirmişdi. 
2018-ci ildə mətbuatda çıxan xəbərlərə görə həmin ildə Aygün Kazımova və Rəqsanə İsmayılova da İstanbulda ev alıb. Hazırda həmin evlərin mövcud olub - olmaması hada məlumat yoxdur.
Müğənni Zamiq Hüseynov da İstanbulda mənzil sahibi olan məşhurlardandır. Hətta ilin hər fəslində onu İstanbulda istirahət edərkən görmək mümkündür. 
Aparıcı-prodüser Tarix Əliyev, Ayan Babakişiyeva, Brilliant Dadaşova, Natavan Həbibi, Aytac Tovuzlu da İstanbulu seçənlər arasındadır. 
Müğənni Nazəninin də İstanbulun Beylikdüzü səmtində evinin olduğunu açıqlamışdı. Nadir Qafarzadə isə bir neçə il öncə İstanbulda ev aldığını açıqlasa da, pandemiya dövründə onu satdığını deyib. 
Xalq artisti Tünzalə Ağayevanın İstanbulda evinin olduğu deyilir. Daha sonra mətbuatda onun Bodrumda da mülk aldığı xəbərləri yayılmışdı. 
Müğənni Samir Piriyev və iş xanımı Ruhi Əliyeva  da yatırım üçün Bodrumu seçənlərdəndir. Hər üç simanın Bodrumun mərkəz hissəsində mülkləri mövcuddur.
Xalq artisti Miri Yusif isə İzmir Kuşadasında ailəsi üçün böyük həyət evi alıb. Artıq bir neçə ildir ki, müğənninin xanımı övladları ilə birlikdə Kuşadasında yaşayır. Xalq artisti buna səbəb olaraq övladlarının təhsilini göstərmişdi. 
Gənc müğənni Elvin Abdullayev isə həmkarlarından fərqli olaraq mülk sahibi olmaq üçün Ankaranı seçib. O məclis üçün getdiyi şəhəri o qədər bəyənib ki, oradan villa almaq fikrinə düşüb. İkimərtəbəli ev alan müğənni evinin çox gözəl yerdə yerləşdiyini deyib.
Türkiyədə biznes quran müğənni Elçin Cəfərov da İstanbulda evi olan məşhurlardandır. 
Əməkdar artist Dilarə Əliyevanın həyat yoldaşı, mərhum prodüser "SOY" prodakşının rəhbəri Oqtay Əliyev də 2017-ci ildə xanımına ad günü hədiyyəsi olaraq İstanbulda ev hədiyyə edib.
Bir zamanlar Türkiyədə yaşayacağını deyərək Azərbaycanı tərk edən aktrisa Pərvin Abıyeva da İstanbuldan ev aldığını bildirmişdi.
Aysel Hacızadə

Şou Biznes       Tarix: 11 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Necla Uyqur vəfat etdi

Türkiyəli aktrisa Necla Uyqur 89 yaşında vəfat edib. Sənətçinin vəfatı ilə bağlı oğlu Behzat Uyqur sosial şəbəkə hesabında paylaşım edib. Qeyd edək ki, Necla Uyqur mərhum aktyor Nejat Uyqurun həyat yoldaşı olub. Cütlüyü

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

"Baldır Yar" trend 1-də - Röyanın klipi 2 günə 1 milyonu keçdi

Xalq artisti Röya Ayxanın "Baldır Yar" adlı yeni klipi qısa zamanda böyük uğura imza atıb. xəbər verir ki, klip cəmi 2 gün ərzində "YouTube"da 1 milyondan çox izlənilib. xəbər verir ki, mahnı platformanı

Uzak şehir'in aktrisası onunla eşq yaşayır

"Bridgerton" serialının ulduzu Kori Milkristlə türkiyəli aktrisa Çağla Şimşəklə münasibətə başlayıb. Cütlük bazar ertəsi ilk dəfə görüşə çıxıb. Qeyd edək ki, Kori Milçrist "Bridgerton" serialında "Kra

Güllünü öldürən doğma qızına bu cəza verildi

Yalovanın Çinarcık rayonunda ötən il evinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən "Güllü" kimi tanınan sənətçi Gül Tutun ölümü ilə bağlı istintaq başa çatıb. Ifaçını öldürmək şübhəsi ilə saxlanılan Tuğyan Ülke


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az son xeberler xeberler krimnal bugun