Azərbaycanlılar Qarabağda ermənilərlə birgəyaşayışa necə baxırlar? - SORĞU

Azərbaycanlılar Qarabağda ermənilərlə birgəyaşayışa necə baxırlar? - SORĞUAzərbaycanlılar Qarabağda ermənilərlə birgəyaşayışa necə baxırlar? - SORĞU
Azərbaycanda respondentlərin 73,1 faizi Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir.
Oxu.Az xəbər verir ki, bu göstərici Sosial Tədqiqatlar Mərkəzinin Azərbaycan və Ermənistan sərhədində atəşkəs rejiminin pozulması hallarının artması fonunda 390 iştirakçı arasında keçirdiyi rəy sorğusunda əldə olunub.
Belə ki, vətəndaşlara "Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmasını dəstəkləyirsiniz?" sualı ünvanlanıb. Nəticədə iştirakçıların 25,6 faizi sülh müqaviləsinin olmasını dəstəkləməyib. Respondentlərin cüzi hissəsi - 1,3 faizi bu suala fikir bildirməkdə çətinlik çəkib.
Qeyd edək ki, sentyabr ayında keçirilən sorğunun nəticələri ilə müqayisədə (71,2 faiz) Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edənlərin sayında nisbi artım müşahidə olunub. Azərbaycan cəmiyyətinin sülh və barış mövqeyinə baxmayaraq, özünü beynəlxalq ictimaiyyətə sülh və sabitlik təşəbbüskarı kimi təqdim edən erməni əhali, əslində, sülhün tərəfdarı deyil.
Sülh müqaviləsinin mümkünlüyü ehtimallarını qiymətləndirmək məqsədilə respondentlərin yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına inam səviyyəsi də öyrənilib. Vətəndaşların 26,7 faizi yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına və diplomatik əlaqələrin qurulacağına tam inandığını, 29 faizi, əsasən, inandığını bildirib. Respondentlərin 29,5 faizi Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin olacağına heç inanmadığını, 11 faizi, əsasən, inanmadığını ifadə edib. Onların 3,8 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Nəticə olaraq diqqətə çatdırılmalıdır ki, sentyabr ayında keçirilən rəy sorğusunun nəticələri ilə müqayisədə Azərbaycan cəmiyyətində sülh müqaviləsinin imzalanmasına tam inananların (28,3 faiz) sayında cüzi azalma qeydə alınsa da, əsasən inananların (25,2 faiz) sayı artıb. Sülh müqaviləsinin imzalanmasına olan ictimai dəstəyə baxmayaraq, onun reallaşmasına inamın müqayisə etibarilə az olması Ermənistanın sülh quruculuğu prosesindəki qeyri-konstruktiv mövqeyindən və davam edən hərbi təxribatlarından irəli gəlir.
Sorğu çərçivəsində respondentlərin Qarabağda ermənilərlə birgəyaşayış məsələsi haqqında təsəvvürləri də öyrənilib. İştirakçıların 55,9 faizi heç bir halda Qarabağda ermənilərlə birgəyaşayışı dəstəkləmədiyini, 37,7 faizi isə yalnız şərtlər daxilində mümkün olacağını bildirib.  "Bəli, hər halda" cavab variantı respondentlərin 4,4 faizi tərəfindən seçilib. Bu suala cavab verməkdə çətinlik çəkənlər iki faiz təşkil edib.
Maraqlıdır ki, sentyabr ayında keçirilən sorğu ilə müqayisədə ermənilərlə Qarabağda birgəyaşayış məsələsinə respondentlərin yanaşmasında müsbət istiqamətdə dəyişiklik müşahidə edilib. Belə ki, sentyabrda keçirilən sorğuda Qarabağda ermənilərlə birgəyaşayışı respondentlərin 68,6 faizi "heç bir halda" mümkün hesab etməyib, 27 faizi ermənilərlə Qarabağda birgəyaşayışı "bəli, yalnız şərtlər daxilində" mümkün saymaqla müsbət yanaşma sərgiləyib.

Maraqlı       Tarix: 16 dekabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir

İnsanın ölümdən əvvəl itirdiyi ilk hiss hansıdır? - Mütəxəssis izah edir. ABŞ-nin Stenford Universitetinin eksperti Ceyms Hallenbek bir insanın vəfat etməzdən əvvəl hisslərinin son mərhələsi haqqında danışıb. O qeyd edi

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər xabar az zelzele dunyada son xeberler