Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində - Fotolar

Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində - Fotolar"Azercell Könüllüləri" və şirkətin Mobil Müştəri Xidmətləri Müharibə və Əmək Əlilləri üçün pansionata səfər edib.
azxeber.com xəbər verir ki, aparıcı mobil operator "Azercell Telekom"un öz əməkdaşlarından ibarət "Azercell Könüllüləri" xeyriyyə qrupu uzun illərdir ki, əhalinin daha həssas təbəqələri üçün müxtəlif təşəbbüslərlə çıxış edərək fərqli yaş qrupundan olan insanlara öz qayğısını göstərməkdə davam edir.
Bu dəfə "Azercell Könüllüləri" öz sovqatları ilə Bilgəh qəsəbəsində yerləşən 9 saylı Müharibə və Əmək Əlilləri üçün Pansionata səfər edib. Könüllülərin həmin sosial xidmət mərkəzinə növbəti səfəri zamanı onları Azercell Mobil Müştəri Xidmətləri də müşayiət edib.
Beləliklə, özünün yeni "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədi ilə Azercell komandası pansionatda məskunlaşmış təqaüdçü abunəçilərinin rabitə ehtiyaclarını qarşılamaq, onlara bu xidmətlərdən daha rahat şəkildə faydalanmağı mümkün etmək kimi təşəbbüslə çıxış etdi.
Ölkədə ilk dəfə olaraq pansionat sakinlərinə yerində və tam təmənnasız xidmət göstərərək Azercell Mobil Müştəri Xidmətləri gün ərzində 50-dən artıq təqaüdçüyə 30-dan çox müştəri əməliyyatı həyata keçirib, yaxınları ilə daha rahat əlaqə yaratmaq üçün mobil telefonun müxtəlif funsksiyalarından yararlanmaqda yardımçı olub.
Qeyd etmək lazımdır ki, səfər zamanı bir qayda olaraq Azercell-in Müştəri Xidmətləri Mərkəzlərində göstərilən bütün növ xidmət və əməliyyatlar, o cümlədən yeni təsis, sim kartın dəyişdirilməsi və nömrənin bərpası kimi əməliyyatlar həyata keçirildi. Ahıl yaşlı həmvətənlərimizi rabitə xidmətləri vasitəsilə dünyaya daha yaxın etmək məqsədilə təşkil olunmuş bu təşəbbüsdən pansionat sakinləri çox razı qaldıqlarını söyləyərək Azercell əməkdaşlarına öz minnətdarlıqlarını ifadə etdilər.
Xatırladaq ki, bundan öncə Azercell Mobil Müştəri Xidmətləri mobil rabitə təminatçıları arasında ilk dəfə olaraq Şuşaya səfər edərək iki gün ərzində hərbçilər, tibbi heyət və Şuşa şəhərinin bərpasında iştirak edən digər işçi heyəti üçün pulsuz rabitə xidmətləri həyata keçirib və növbəti aylar ərzində işğaldan azad olunmuş digər bölgələrə də səfər etməyi planlaşdırır.
"Azercell Könüllüləri" xeyriyyə qrupu da şirkətin digər xidmət strukturları ilə birgə əhalinin daha həssas, daha çox qayğıya ehtiyacı olan təbəqələri üçün bundan sonra da yeni sosial təşəbbüslər həyata keçirməyi qarşısına məqsəd qoyub.
Azercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində - FotolarAzercell ahıl yaşına çatmış abunəçilərinin xidmətində - Fotolar

İqtisadiyyat       Tarix: 30 yanvar 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. xəbər verir ki, polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyə

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

Bakcell abunəçilərinə mobil xidmətlərdən daha rahat, çevik və rəqəmsal şəkildə yararlanmaq üçün eSIM həllini təqdim edir. Fiziki SIM karta alternativ olan bu texnologiya mobil xidmətlərdən istifadəni daha sadə və funksiona

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler 2026 xeberler bu qun cəbhədən son vəziyyət azerbaycan son xeber bugun