Azercell azad olunmuş ərazilərimizdə şəbəkəsini genişləndirir

Azercell azad olunmuş ərazilərimizdə şəbəkəsini genişləndirirArtıq işğaldan azad olunmuş torpaqlarımızda yüksək keyfiyyətli mobil rabitənin təmin olunması məqsədilə şirkətin 60-dan çox stansiyası fəaliyyət göstərir
Azxeber.com xəbər verir ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın böyük qələbəsi nəticəsində doğma torpaqlarımızın azad olunması ölkəmizin həyatında yeni bir mərhələyə təkan verdi. İşğaldan azad olunmuş ərazilərimizin yenidən qurulması və bərpası istiqamətində dövlət səviyyəli layihələrin təşkil olunması da bundan xəbər verir.
Şanlı ordumuzun, demək olar ki, ardınca bütün cəbhə boyu irəliləyən Azercell komandası Cəbrayıl rayonundan başlayaraq azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmağa müvəffəq olub. Azercell işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini vermək məqsədilə zəruri platforma olacaq mobil telekom infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Belə ki, işğaldan azad olunmuş torpaqlarımızda qurulmuş Azercell şirkətinə məxsus 60-dan artıq radio baza stansiyası 2G/3G/4G standartlarını dəstəkləyir. Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər ərazilər artıq Azercell şəbəkəsi ilə əhatə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti "Ağıllı şəhər" (Smart City) və "Ağıllı kənd" (Smart Village) konsepsiyasının hazırlanması haqqında sərəncam imzalayıb. Azercell şirkəti öz növbəsində bu istiqamətdə hər cür fəaliyyətə dəstək olmağa hazır olduğunu bildirir.
Azercell-in əsas vəzifəsi və məqsədi işğaldan azad olunmuş ərazilərdə tam gücü ilə yeni nəsil şəbəkənin genişləndirilməsini sürətləndirmək və bu ərazilərə qayıdacaq əhalini mobil internet və qabaqcıl kommunikasiya xidmətləri ilə təmin etməkdir.

İqtisadiyyat       Tarix: 09 avqust 2021
f Paylaş

Oxşar xəbərlər

"Kristal"dan ideal fürsət:2 və 3 otaqlı ipotekaya yararlı mənzillər satışdadır

"Kristal"ın şəhərin ənperspektivli ərazilərindən birində reallaşdırdığı prestijli "Highland Residence"layihəsindənmənzil sahibi olmaq istəyənlər üçün yeni fürsət var.Tikintisinin əsas hissəsiartıq tamamlanmı

Neft ucuzlaşdı

Londonun ICE birjasında 2026-cı ilin iyul ayında çatdırılma üçün Brent markalı xam neftin fyuçerslərinin qiyməti 29 may 2026-cı ildən bəri ilk dəfə olaraq barrel üçün 90 dollardan aşağı düşüb. . xəbər verir ki, Bakı vaxt

TuranBank beynəlxalq fonddan maliyyə vəsaiti cəlb etdi

Fəaliyyətində gender bərabərliyi prinsiplərini və qadınların maliyyə imkanlarının genişləndirilməsini prioritet istiqamətlərdən biri kimi müəyyən edən TuranBank ASC beynəlxalq tərəfdaşlarla əməkdaşlığını uğurla davam etdirir

ABŞ və İran razılaşması fonunda dollar ucuzlaşır

ABŞ və İran arasındakı razılaşma xəbərlərinə, investorların əhvali-ruhiyyəsinin yaxşılaşmasına və neft qiymətlərinin ucuzlaşmasına baxmayaraq, dolların məzənnəsi eniş nümayiş etdirir. xəbər verir ki, bu barədə "Bloomberg"

Dünya səviyyəli robototexnika yarışı ilk dəfə Azərbaycanda keçiriləcək

13–14 iyun 2026-cı il tarixlərində Azercell-in dəstəyi ilə dünyanın nüfuzlu robototexnika və texnologiya müsabiqələrindən biri olan "RobotChallenge"-in Azərbaycan üzrə ilk yerli mərhələsi keçiriləcək. "RobotChalleng

Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi

"Azercell Telekom" MMC müştəri müraciətlərinin idarə olunması sahəsində beynəlxalq standarta uyğunluğunu bir daha təsdiqləyib. Şirkət ISO 1002:2018 "Keyfiyyətin idarə olunması – Müştəri məmnuniyyəti – Müəssisələrd

İqtisadi tariximizdə dərin bir devalvasiya şoku da yaşanıb' - Mikayıl Cabbarov

Ümumi daxili məhsulun strukturuna nəzər salsaq, görərik ki, ölkəmizin iqtisadiyyatının 71 faizindən çoxu, yəni 71,5 faizi qeyri-neft sektorudur. Deməli, neft-qaz sektoruna düşən pay 30 faizdən azdır. xəbər verir ki, bu sözlər

Bank Respublika "Ümumdünya Qan Donoru Günü" ərəfəsində qanvermə aksiyası keçirdi - FOTOLAR

Bəzən bir neçə dəqiqə vaxt ayırmaq kiminsə həyatına ümid olmaq üçün kifayətdir. "14 iyun - Ümumdünya Qan Donoru Günü" ərəfəsində Bank Respublika əməkdaşları növbəti dəfə belə bir məqsəd naminə bir araya gələrə

Yelo Bank əməkhaqqı kartlarının sifarişi prosesini tam rəqəmsallaşdırdı

Yelo Bank biznes sahibləri və şirkət rəhbərləriüçün işprosesləriniasanlaşdıran, əməkdaşların məmnuniyyətiniartıranəməkhaqqıkartlarıxidmətini təqdim edir.Bankın təklifetdiyi funksional həllər sayəsində əməkhaqqıkartlarını


son xeberler yeni xeberler azerbaycan xeberleri en son xeber en son xeberleri xeber saytlari xeberler bugun