"Azercell Biznes" tətbiqi artıq "AppStore" və "Google Play"də

"Azercell Biznes" ilə şirkət hesabında olan bütün mobil nömrələrinizi  vahid mərkəzdən idarə edin!
Ən müasir və innovativ həllərin tətbiqi ilə biznes tərəfdaşlarının işgüzar fəaliyyətini daha səmərəli şəkildə təşkil etməyə dəstək verməyi hədəfləyən Azercell bu missiyanın reallaşdırılması  istiqamətində önəmli addım atır. Lider mobil operator korporativ nömrələri daha asan, operativ və rahat şəkildə idarə etməyə dəstək olan innovativ "Azercell Biznes" tətbiqi  və veb platformasını istifadəyə verir. 
Korporativ abunəçilərin  təyin etdiyi məsul şəxslər platformanın çoxçeşidli özünəxidmət funksiyalarından yararlana bilərlər. Özündə korporativ yönümlülük və fuksionallıq, xüsusi dizayna malik interfeys və bir çox digər üstünlükləri cəmləşdirən "Azercell Biznes" şirkət hesabında olan nömrələrə vahid məkandan nəzarət etmək və müxtəlif əməliyyatları yerinə yetirmək imkanı verir.  
Korporativ yönümlülük və funksionallıq :
Bir istifadəçi identifikatoru ilə bir və ya bir neçə şirkətin hesabını idarə etmək imkanı;
Fərdiləşdirilmiş filtrləmə, qruplaşdırma və axtarış seçimləri ilə maliyyə hesabatları daxil olmaqla şirkət nömrələrinə aid bütün məlumatları real vaxt rejimində izləmək imkanı;
Hesab fakturaların əldə edilməsi, internet paketlərin dəyişdirilməsi, nömrələrin rabitə, beynəlxalq və rouminq xəttinin açılması/bağlanması və bir sıra digər əməliyyatların tətbiq üzərindən icrası.
Bütün əməliyyat sistemlərini dəstəkləyən adaptiv dizayn:
Bütün əməliyyat sistemlərini dəstəkləyən interfeys və adaptiv dizayn platformanın həm tətbiq, həm veb versiyalarından istənilən cihaz və ya planşetdə istifadə etməyi mümkün edir.
Mükəmməl rouminq təcrübəsi
Rouminq tarifləri və rouminq internet paketləri haqqında məlumatla onlayn rejimdə tanış olmaq, müvafiq rouminq internet paketini aktivləşdirmək imkanı.
24/7 Müştəri Xidmətləri:
Platforma vasitəsilə Azercell Biznes-in fasiləsiz rejimdə çalışan onlayn müştəri xidmətləri ilə əlaqə saxlamaq olar.
Platforma müştəri məlumatlarının məxfiliyini və əməliyyatların təhlükəsizliyini  yüksək səviyyədə təmin edir. Belə ki, tətbiq daxilində paylaşılan bütün mesajlar, ödəniş detalları, fayllar və məlumatlar ən müasir şifrləmə texnologiyası vasitəsilə qorunur.  Müxtəlif istifadəçi bazasına xidmət edən rəqəmsal platforma Azərbaycan, Rus və İngilis dillərini dəstəkləyir.
Abunəçilərə ən yaxşı müştəri təcrübəsi təqdim edilməsi məqsədilə platformanın funksional imkanları mütəmadi şəkildə genişləndiriləcək.
Effektiv ünsiyyət qurmağa, nömrələrə tam nəzarət etməyə və biznes xərclərinizi optimallaşdırmağa dəstək olan "Azercell Biznes"i ödənişsiz əsaslarla "AppStore" və ya "Google Play"dən yükləyin!
  "Azercell Biznes" – rahatlığınız üçün istifadə edin!
Əlavə məlumat üçün: Azercell biznes tətbiqi / azxeber.com

İqtisadiyyat       Tarix: 13 sentyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun xeber.az şou biznes xəbərləri cəbhədən ən son xəbər