Azercell Eksklüziv tezliklə Şuşada
Lider mobil operator Azərbaycanın mədəniyyət paytaxtında ofisinin açılışına hazırlaşır
azxeber.com xəbər verir ki, Azərbaycanın qüruru sayılan Şuşada həyat yenidən qurulur. Hər sahə üzrə aparılan bərpa işləri şəhərin canlanmasına səbəb olur. Şanlı ordumuzun ardınca Şuşaya daxil olan və burada ilk mobil şəbəkəni quran "Azercell Telekom" MMC mədəniyyət paytaxtında öz ilk Eksklüziv ofisini açmağa hazırlaşır.
Ölkənin lider mobil operatoru Şuşaya səfər edən və orada çalışan abunəçilərə operativ şəkildə xidmət göstərilməsi üçün şəhərin Aslan Qaraşərov küçəsi, 2 ünvanında ofisin açılışı ilə bağlı hazırlıq işlərini artıq tamamlamaq üzrədir. Eksklüziv tipli mağazaların özəlliyi ofisdə açıq sahələrin mövcudluğu, rahat xidmət göstərilməsi və seçim imkanlarının olmasındadır.
Azercell "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!" strateji məqsədinə uyğun olaraq, işğaldan azad olunmuş ərazilərimizin sürətli inkişafına öz töhfəsini verməyə çalışır və Qarabağda mobil şəbəkə infrastrukturunun qurulmasını intensiv şəkildə davam etdirir. Şirkət bu ərazilərdə 2G/3G/4G radio baza stansiyaları quraşdırmaqla Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşanın qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və digər əraziləri artıq yüksək keyfiyyətli mobil xidmətlərlə təmin edib.
Xatırladaq ki, məhz Azercell işğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturunu və dördüncü nəsil LTE radio baza stansiyalarını qurub. Bundan əlavə, Qarabağda müştərilərinə canlı xidmət göstərən ilk mobil operator da məhz Azercell olub. Hələ ötən ilin sentyabrında Azercell Mobil Müştəri Xidmətləri Şuşa şəhərinə səfər edərək orada 200-ə yaxın abunəçiyə xidmət göstərib. Azercell komandası Yuxarı Gövhər Ağa Məscidi, Şuşa şəhər İcra Hakimiyyətinin yaxınlığında yerləşən böyük meydanda 50-dən çox müxtəlif müştəri əməliyyatını həyata keçirib.
Azercell Qarabağda yeni nəsil şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalini yüksək keyfiyyətli kommunikasiya xidmətləri və innovativ həllərlə təmin edilməsi üçün genişmiqyaslı işlərini davam etdirir.

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR