Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar

Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblarAzercell-in baş dəstəkçisi olduğu Uşaq Paralimpiya Hərəkatının yeniyetmə və gənc idmançıları 2026-cı ilin ilk yarısında beynəlxalq arenada uğurlu çıxışlarını davam etdiriblər.
azxeber.com xəbər verir ki,  bu dövrdə gənc paralimpiyaçılar beynəlxalq turnirlərdə 9 qızıl, 12 gümüş və 13 bürünc olmaqla ümumilikdə 34 medal qazanıblar. 
İlin ilk yarışında gənc paralimpiyaçılar paraüzgüçülük, parapauerliftinq, parabadminton, parataekvondo və parakarate üzrə keçirilən beynəlxalq yarışlarda yüksək nəticələr göstəriblər. Parapauerliftinq üzrə Avropa Açıq Çempionatında milli komanda 4 qızıl, 4 gümüş və 4 bürünc olmaqla ümumilikdə 12 medal qazanaraq turnirin ən uğurlu komandalarından biri olub. Parataekvondo üzrə Avropa Çempionatında Sabir Zeynalov karyerasında ilk dəfə Avropa çempionatının gümüş medalına sahib olub.
Fərdi nailiyyətlər arasında 17 yaşlı parakarateçi Aysel Əhmədlinin WSF versiyası üzrə Şotokan Dünya Çempionatında qızıl medal əldə etməsi və 14 yaşlı parabadmintonçu Zəhra Salmanlının debüt etdiyi Dünya Çempionatında ən gənc iştirakçı kimi ilk qələbəsini qazanması xüsusi diqqət çəkib. Yeniyetmə paraüzgüçü Əli Vəliyev isə Dünya Seriyası da daxil olmaqla beynəlxalq yarışlarda qazandığı 6 medalla ilin ilk yarısının ən uğurlu gənc idmançılarından biri olub. 
Hesabat dövrünün əsas hadisələrindən biri də Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatının keçirilməsi olub. Yarışda 30-a yaxın yeniyetmə və gənc idmançı 9 müxtəlif kateqoriya üzrə bacarıqlarını nümayiş etdirib.
"Azercell Telekom" MMC 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının baş dəstəkçisidir. Şirkətin davamlı dəstəyi sayəsində Uşaq Paralimpiya Komitəsinin fəaliyyət dairəsi genişlənib, yüzlərlə uşaq müntəzəm şəkildə idmanla məşğul olmaq imkanı qazanıb. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının inkişafına töhfə verməklə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji inkişafına, özünəinamının və motivasiyasının artmasına, eləcə də sosial inteqrasiyasının güclənməsinə müsbət təsir göstərib.
Azercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblarAzercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblarAzercell-in dəstəklədiyi gənc paralimpiyaçılar beynəlxalq arenada 34 medal qazanıblar

İqtisadiyyat       Tarix: 30 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Kənd Təsərrüfatı Nazirliyi ilə "Veysəloğlu" arasında memorandum imzalanacaq – FOTOLAR

"Veysəloğlu" Şirkətlər Qrupunun Məmmədli Logistika Mərkəzində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə işgüzar görüş keçirilib. xəbər verir ki, görüşdə kənd təsərrüfatı nazirini

"Azercell" və ADA süni intellekt üzrə praktiki təlim keçirdi

"Azercell"in təşəbbüsü və dəstəyi ilə ADA Universitetinin təşkil etdiyi "AI4Real Bootcamp" intensiv təlim proqramı başa çatıb. Proqram Azərbaycanın, eləcə də xarici ölkələrin universitetlərində STEAM istiqamətlər

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. xəbər verir ki, belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kart

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən "Silicon Valley International Invention Festival" (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan "International Exhibition of Inventions" (IEI 2026) sərgilərind

Maaş və pensiyalar bu tarixdə artacaq – Rəqəm açıqlandı

Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərd

AccessBank nağd kreditlər üzrə 7%-dək endirim kampaniyasına yenidən start verdi

AccessBank gömrük, vergi, tibb və təhsil sahələrində çalışan şəxslər üçün xüsusinağd kredit kampaniyasınına yenidən start verdiyini elan edir. Kampaniya çərçivəsində uyğun müştərilər 50 00 manatadək nağd krediti daha sərfəl

Azercell-in dəstəyi ilə 100 gənc qadın sahibkarlıq və liderlik bacarıqlarını inkişaf etdirib

Azercell-in dəstəyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tərəfdaşlığı və "Bir Könüllü" Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən "FutureFem 2.0 – Qadınları

Onların maaşı arta bilər

Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurla

Yelo Bank Cəbrayılda birincilərin məktəb həyəcanına şərik oldu - FOTOLAR

Vətən müharibəsində qazanılan tarixi zəfərdən sonra işğaldan azad edilmiş torpaqlarımızda həyat yenidən canlanır. Dövlətimiz tərəfindən həyata keçirilən "Böyük Qayıdış" proqramı çərçivəsində növbəti sevincli ünvanlarında


yeni xeberler azerbaycan xeberleri son xeberler siyaseti xeberler bugun son xabarlar xeberler bugun 2026 oxu.az xeberler