Azercell-in dəstəyi ilə Uşaq Paralimpiya Oyunları keçiriləcək
Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin və "Azercell Telekom" MMC-nin dəstəyi ilə Sumqayıt şəhərində Uşaq Paralimpiya Oyunları keçiriləcək.
azxeber.com xəbər verir ki, dekabrın 20-də baş tutacaq oyunlarda sağlamlıq imkanları məhdud 130 uşaq paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma və boccia daxil olmaqla 8 idman növü üzrə müxtəlif kateqoriyalarda yarışacaq.
Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi inklüziv cəmiyyətin inkişafına töhfə vermək, sağlamlıq imkanları məhdud uşaqların idmana cəlb olunmasını təşviq etməkdir.
Qeyd edək ki, Azercell 2014-cü ildən etibarən Uşaq Paralimpiya Hərəkatının əsas tərəfdaşlarından biridir. Şirkətin davamlı dəstəyi nəticəsində bu illər ərzində yüzlərlə uşaq idmanla məşğul olmaq imkanı əldə edib, Uşaq Paralimpiya Komitəsinin fəaliyyət imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu təşəbbüs ölkədə Paralimpiya Hərəkatının genişlənməsi üçün münbit şərait yaratmaqla yanaşı, sağlamlıq imkanları məhdud uşaqların fiziki və psixoloji rifahının yüksəlməsinə, motivasiyalarının artmasına və cəmiyyətə daha fəal inteqrasiyasına müsbət təsir göstərib.

Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu
Qubadlı şəhərinin işğaldan azad edilməsindən 6 il ötür