Azercell ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Şirkət şəxsi məlumatların idarəetmə sistemləri üzrə beynəlxalq sertifikata layiq görülüb.
azxeber.com xəbər verir ki, lider mobil operator Şəxsi Məlumatların İdarəetmə Sistemi (Privacy Information Management System) üzrə tətbiq olunan ISO/IEC 27701:2019 beynəlxalq sertifikata layiq görülüb. Azercell bu standartlaşmanı Azərbaycanda rəsmi akkreditasiya qurumu tərəfindən uğurla keçən ilk şirkət olaraq informasiya təhlükəsizliyi sahəsində aparıcı mövqeyini daha da möhkəmləndirib.
ISO/IEC 27701:2019 sertifikatı Azercell-in şəxsi məlumatların məxfiliyinin idarə olunmasında beynəlxalq standartlara əsaslanan sistemli yanaşma tətbiq etdiyini, həmçinin müştəri məlumatlarının emalında şəffaf, etibarlı və effektiv nəzarət mexanizmlərindən istifadə etdiyini bir daha təsdiqləyib. Sertifikatlaşdırma prosesi TÜV Austria tərəfindən aparılan müstəqil audit əsasında həyata keçirilib.
Bununla yanaşı, Azercell ISO/IEC 27001:2022 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına uyğunluq sertifikatını növbəti üç il üçün uğurla yeniləyib. Bu sertifikat informasiya təhlükəsizliyi idarəetmə sisteminə əsaslanaraq şəxsi məlumatların qorunması üçün sistemli tələblər və nəzarət mexanizmləri təqdim edir. Standart təşkilatlara şəxsi məlumatların emalı və qorunması üçün vahid çərçivə təqdim edir, istifadəçilərin öz məlumatları üzərindəki hüquqlarını qorumağa, riskləri azaltmağa və beynəlxalq məxfilik tələblərinə uyğunluğu təmin etməyə imkan yaradır. Qeyd edək ki, Azercell 2019-cu ildən ISO/IEC 27001:2022 standartına uyğun fəaliyyət göstərir və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq tələblərə uyğun yanaşma tətbiq edir.
Xatırladaq ki, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı) dünya üzrə milli standartlaşdırma qurumlarını birləşdirən beynəlxalq federasiyadır. Təşkilat idarəetmə, texnologiya və biznes sahələrində xidmət və proseslərin keyfiyyətini qiymətləndirən minlərlə beynəlxalq standartı təsdiq edir.

Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var
Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib - FOTOLAR
Millimiz dünya çempionatına qələbə ilə başladı
İki güləşçimiz dünya çempionatının finalında
Nev vəfat etdi
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti
Azərbaycan bizim dəyərli tərəfdaşımızdır – Yaponiya XİN
Dövlət inhisarları rəqabətə açılacaq: Hansı sahələr özəl sektora verilə bilər?
"Qızım babası kimi siyasətçi olacaq
Bakıda kütləvi insidentlə bağlı saxlanılanlar hakim qarşısına çıxarılıb
Azərbaycanın Qazaxıstandakı səfirliyi finala yüksələn güləşçilərimizə uğurlar arzulayıb
Zəfər Partiyası sədrinin müşaviri YAP-ın qonağı oldu