Azercell məşhur oyun platforması "Steam" ilə eksklüziv əməkdaşlığa başlayır
Yerlitelekommunikasiya bazarında ilk dəfə abunəçilər "Steam" balansını əlavəkomissiya və vergi ödəmədən mobil hesabları vasitəsilə artıra biləcəklər
azxeber.com xəbər verir ki, Azercell abunəçilərinə yeni "Steam Top-Up" xidmətinitəqdim edir. Yeni xidmət istifadəçilərə "Steam" hesablarının balansını birbaşa Azercell tətbiqindən, mobil nömrələrinin balansı hesabına 18% ƏDV ödəmədənartırmağa imkan verir. Azercell Azərbaycanda bu imkanı təqdim edən yeganə mobiloperatordur.
"Steam Top-Up" xidməti sayəsində istifadəçilər bankkartı və ya digər ödəniş vasitələrindən istifadə etmədən "Steam" hesablarınınbalansını rahat şəkildə artıra bilərlər. Bunun üçün Azercell tətbiqində müvafiqbölməyə daxil olmaq, "Steam" hesabının adını və balans artımı üçün nəzərdətutulan məbləği qeyd etmək kifayətdir.
Yeni xidmət oyun həvəskarlarına "Steam"platformasında oyun və digər rəqəmsal məzmunların alınması üçün hesablarınıdaha sərfəli və rahat şəkildə artırmaq imkanı yaradır. Ödənişin birbaşa mobilnömrənin balansından həyata keçirilməsi isə prosesi daha sadə və əlçatan edir.
Steam dünyanın ən böyük rəqəmsal oyunplatformalarından biridir və milyonlarla istifadəçiyə minlərlə oyun və rəqəmsalməzmun təklif edir. Platformada Counter-Strike 2, Dota 2, PUBG:Battlegrounds, EA SPORTS FC 26, Elden Ring, Baldur"s Gate 3 və populyarlıqqazanan digər oyunlar geniş auditoriya tərəfindən istifadə olunur.
"Steam Top-Up" xidmətinin istifadəyə verilməsiAzercell-in abunəçilərinə beynəlxalq rəqəmsal platformalara daha rahat çıxışimkanları yaratmaq və rəqəmsal xidmətlər portfelini genişləndirmək istiqamətindəhəyata keçirdiyi təşəbbüslərin davamıdır.
Xidmət haqqında ətraflı məlumatı Azercell tətbiqiniyeniləyərək və ya şirkətin rəsmi internet səhifəsində əldə etmək mümkündür.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Yekun bəyanat qəbul edildi
Almaniya XİN başçısından Azərbaycanla bağlı açıqlama
Ermənistan Azərbaycan və Türkiyə sisteminə QOŞULUR - Paşinyan yeni planını AÇIQLADI
Şəkidə 4 yaşlı qıza it hücum edib - Xəsarət yetirdi
Trampın İran planı üzə çıxdı - TƏCİLİ
"Aquşa" ilə bağlı xoşagəlməz fakt - XƏBƏRDARLIQ
Şəmkirdə vəzifəli şəxs öldü
Məktəbdə həyəcanlı anlar: Uşaqlar helikopterlə xəstəxanaya çatdırıldı
İranda növbəti dəfə zəlzələ olub, Naxçıvanda da hiss edilib
Azərbaycanda vəzifəli şəxs qəfil vəfat etdi
İcarəyə götürdüyü avtomobillə yol kənarındakı piyadanı vurdu
38 yaşlı aktyor faciəli şəkildə həyatını itirdi
Azərbaycan-Vyetnam strateji tərəfdaşlığı: əməkdaşlığın prioritetləri müəyyənləşdirilib
Paşinyan: TRIPP layihəsinin icrasına bu tarixdə başlanılacaq
Harri Keyn əməliyyat olundu - Foto