Azercell "Tələbə Təqaüdü Proqramı 2026"nı elan edir

Azercell Ölkənin lider mobil operatoru "Azercell Telekom" MMC gənc istedadların inkişafına dəstək məqsədilə həyata keçirdiyi "Tələbə Təqaüdü Proqramı"na qeydiyyatı açıq elan edir.
Təşəbbüs Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illəri əhatə edən strateji hədəflərə uyğun olaraq hazırlanıb. Bu çərçivədə Azercell-in bu ilki Tələbə Təqaüdü Proqramı  STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) istiqamətləri üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulub. Proqram ölkədə İT/İKT, Data Elmi, Analitika, Süni İntellekt və Maşın Öyrənməsi, Robototexnika, Avtomatlaşdırma, Şəbəkə Texnologiyaları, Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyi sahələrində ixtisaslaşmış yeni nəsil kadr potensialının formalaşdırılmasına töhfə verməyə yönəlib.
Azercell-in təqaüd proqramında yüksək akademik göstəricilərə malik bakalavr və magistr pillələri üzrə təhsil alan tələbələr iştirak edə bilərlər. Təqaüdə 4 illik bakalavr proqramlarının 3-cü və 4-cü kurs tələbələri, 5 illik bakalavr proqramlarının 4-cü və 5-ci kurs tələbələri, eləcə də magistratura səviyyəsinin 1-ci və 2-ci kurs tələbələri müraciət edə bilərlər.
Müraciətlər 11.02.2026-cı il tarixinədək qəbul olunur.
"Tələbə Təqaüdü Proqramı" üzrə seçim prosesi müraciətlərin ilkin qiymətləndirilməsi, iştirakçıların bilik və bacarıqlarının dəyərləndirilməsi, eləcə də müsahibə mərhələlərindən ibarətdir.
Proqram çərçivəsində ən yüksək nəticə göstərmiş bir qrup tələbə təhsil müddətinin sonunadək şirkətdən təqaüd alacaq. Həmçinin qaliblər şirkət daxilində potensial təcrübə və iş imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər.
Qeyd edək ki, istedadlı gənclərin dəstəklənməsini prioritet istiqamət kimi müəyyən edən Azercell son 16 il ərzində 300-dən çox tələbəyə təqaüd ayırıb, gənclərin bilik və bacarıqlarının inkişafına davamlı dəstək  olub.
Ətraflı məlumat və müraciət üçün keçid: "Tələbə Təqaüdü Proqramı 2026"  / azxeber.com

İqtisadiyyat       Tarix: 03 fevral 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Xəyal etdi, inandı, qazandı — "Sürətlə Yeni Mövsümə" lotereyasının 'Changan Q07' qalibi danışdı

və platformalarında keçirilən "Sürətlə Yeni Mövsümə" stimullaşdırıcı lotereyası bir-birindən dəyərli hədiyyələri ilə qazandırmağa davam edir. Kampaniyanın 4-cü tirajının qalibləri müəyyənləşib və ilk avtomobili

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub

PAŞA Bank, Azərbaycan–Fransa Ticarət və Sənaye Palatası (AFChamber) və Deloitte Azərbaycanın birgə təşkilatçılığı ilə kiçik və orta biznes subyektlərinin nümayəndələri üçün "Əlverişli gömrük tənzimləmələri və müvafi

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Daşkənddə keçirilən Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasının iclasında Fondun fəaliyyətinin genişləndirilməsi və üzv ölkələr arasında investisiya əməkdaşlığının gücləndirilməsi məsələləri müzakirə edilib. Bu barədə -

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib

PAŞA Bank-ın dəstəyi və Regional İnkişaf İctimai Birliyi (RİİB) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabr ayında Xocalı rayonunun Əsgəran qəsəbəsində 400 pavloniya ağacı əkilib. Təşəbbüs beynəlxalq Enactus proqramı çərçivəsind


son xeberler azerbaycan xeberleri yeni xeberler son xeberler bugun son xeber bugünkü son xəbərlər xankendi