"Azercell Telekom" iPhone 15 smartfonlarını rəsmi olaraq təqdim edir
Apple Inc. şirkətinin Azərbaycandakı eksklüziv telekommunikasiya tərəfdaşı olan "Azercell Telekom" MMC yeni nəsil iPhone smartfonlarının təqdimatını həyata keçirir. Abunəçilərinin müştəri təcrübəsini daha da gücləndirməyi hədəfləyən lider mobil operator ölkə bazarına ən yeni texnologiyaları gətirməyə davam edir.
Beləliklə, sentyabr ayının 29-dan etibarən iPhone 15 seriyalı smartfonlar Azercell Eksklüziv mağazalarında satışda olacaq. Səbirsizliklə gözlənilən növbəti iPhone modelləri yeni bağlantı və ünsiyyət imkanlarını təqdim edəcək.
Azercell iPhone 15 alıcıları üçün xüsusi kampaniya keçirir. Şirkət Azercell Eksklüziv mağazalarından iPhone 15 seriyalı smartfonları alan bütün müştərilərinə seçdikləri "Sərbəst" tarifinə bir il ərzində 30% endirim təqdim edir. Bu təklif Azercell müştərilərinə iPhone 15-in yüksək performansından yararlanmaqla yanaşı, rabitə xərclərinə də qənaət etmək imkanı verir.
Yeni iPhone 15 smartfonlarının ilk sahiblərindən biri olmağa tələsin! 29 sentyabrdan etibarən ən yaxın Azercell Eksklüziv mağazasına gəlin və yeni nəsil rəqəmsal həlləri Azercell ilə kəşf edin!
Daha ətraflı məlumat üçün şirkətin rəsmi internet səhifəsinə keçid edin: / azxeber.com

Xalidə Gözəl vəfat etdi
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı