Azercell yeni "Oyun Portalı"nı istifadəyə verir
Azercell rəqəmsal xidmətlər portfelinə oyun xidmətlərini əlavə edir. "Azercell" mobil tətbiqində istifadəyə verilən yeni "Oyun Portalı" müxtəlif oyun, turnir və viktorinaları bir platformada birləşdirir.
azxeber.com xəbər verir ki, şirkət bu istiqamətdə fərqli maraqlara uyğun interaktiv oyunlar və rəqəmsal əyləncə həlləri inkişaf etdirməyi hədəfləyir.
İlkin mərhələdə "Oyun Portalı" bölməsində 10-dan çox oyun, turnirlər və günlük abunəlik əsasında təqdim olunan viktorina yer alacaq. İstifadəçilər oyunlardan ödənişsiz yaralana, turnirlərdə iştirak edərək hədiyyələr qazana biləcəklər.
15 sualdan ibarət olan viktorina oyununda isə iştirakçılar düzgün cavablar əsasında müxtəlif səviyyələri keçərək internet paketləri qazanmaq imkanı əldə edəcəklər. Hədiyyələr müəyyən sayda düzgün cavaba çatdıqda təqdim olunacaq. Abunəlik haqqı gündə 1 oyun cəhdi üçün 0,50 AZN, əlavə hər cəhd üçün isə 0,40 AZN təşkil edir. Abunəçilər gün ərzində 4 dəfə əlavə cəhd əldə edə bilərlər.
Azercell "Oyun Portalı"nı mərhələli şəkildə inkişaf etdirərək istifadəçilərə daha geniş oyun seçimi və yeni rəqəmsal əyləncə imkanları təqdim etməyi planlaşdırır.

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib
3 oktyabr 1993-cü il – Azərbaycan dövlətçiliyinin yeni mərhələsinin başlanğıcı
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb - Yenilənib
Maaş və pensiyalar nə qədər artacaq? – Deputatdan YENİ SOSİAL PAKET açıqlaması
Manatla bağlı mühüm məlumat
Ronaldo ilə görüşə bilərlər
İlham Əliyev Cüdo Federasiyasının prezidenti ilə bağlı sərəncam imzaladı
"Turan Tovuz" "Fənərbağça"ya məğlub oldu
Gəncədə bacı-qardaş yanıq xəsarətləri aldı
Bakı metrosunda ölüm hadisəsi - kişi vəfat etdi
Bu yolda yenə sürüşmə oldu: 8 kəndlə əlaqə kəsildi
Millimiz Litvaya qarşı
Telefonunuz həyatınızı xilas edə bilər - bu funksiyaları yoxlayın
Dünya çempionatı: Əhməd Yusifov monqolustanlı rəqibini məğlub etdi - FOTO