Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülüb

Azerconnect nüfuzlu Brandon Hall Group Mükəmməllik Mükafatına layiq görülübAzərbaycanda İKT və yüksək texnologiyalar sahələrində lider şirkətlərdənbiri olan Azerconnect üç müxtəlif kateqoriya üzrə nüfuzlu Brandon Hall GroupMükəmməllik Mükafatına layiq görülüb.
azxeber.com xəbər verir ki, Azerconnect "Gələcək Fəaliyyət" üzrə Qızıl, "Müxtəliflik, Bərabərlik vəİnklüzivlik" üzrə Gümüş, "İnsan Resursları" kateqoriyasında isə Bürünc mükafatlarını əldə edib.
Azerconnectşirkəti əldə etdiyi mühüm nailiyyətlərin davamı olaraq və əmək bazarında özmövqeyini bir daha təsdiqləyərək icra etdiyi "İşçi Heyəti üçün Məsafədən İşRejiminin İdarə edilməsini təmin edən proqramı" (FLEXcellence: Azerconnect-inhibrid iş rejimi proqramı) üzrə Ən Yaxşı İrəliləyişinə görə Qızıl, "Müxtəliflik,Bərabərlik və İnklüzivlik Təşəbbüslərdə" (INSPIRE. LEAD. CREATE: Azerconnect-inqadınların hüquq və imkanlarının genişləndirilməsi üzrə proqramı) Ən Yaxşı İrəliləyişinəgörə Gümüş, "Ən Yaxşı İmtiyaz, Sağlamlıq və Rifah Proqramına" (Feel the Customer: Azerconnectşirkətinin çağrı mərkəzi/ön ofis komandaları üçün rifah proqramı) görə isə BürüncMükafatları alıb.
Brandon Hall Group MükəmməlikMükafatı tədris və inkişaf, istedadların idarə edilməsi, liderliyin inkişafı,istedadların cəlb edilməsi, insan resursları, satış nəticələri, müxtəliflik, bərabərlikvə inklüzivlik, eləcə də gələcək fəaliyyət baxımından əldə edilmiş ən yaxı təcrübələrəgörə təşəbbüsləri dəyərləndirir.
Qeyd etmək lazımdır ki,müraciətlər təcrübəli mütəxəssislər qrupu, müstəqil, yüksək səviyyəli sənayeekspertləri, Brandon Hall Group analitikləri və rəhbərlərdən ibarət panel tərəfindəndörd meyar əsasında qiymətləndirilib. Bu meyarlar "Biznes ehtiyaclarına vəmühitinə uyğunluq", "Proqramın dizaynı, funksionallığı və çatdırılması", "Qəbul,inteqrasiya, istifadəçi təcrübəsi, innovasiya və yaradıcılıq", eləcə də "Ümumieffektivlik, təsir və ölçülə bilən imtiyazlar"dır.
"Azerconnect şirkətinin ölkəmizdə İKT vəyüksək texnologiyalar sahəsində həyata keçirdiyi innovativ layihələrin beynəlxalqnüfuzlu şirkətlər tərəfindən mükafatlandırılması təqdirəlayiq haldır. Şirkətimizinsan resurslarının idarə edilməsi, ən son texnologiyaların ölkəyə gətirilməsi vətətbiqi istiqamətində öz fəaliyyətini daha da gücləndirəcəkdir" - deyə Azerconnect şirkətinin Baş direktoru Emil Məsimov bildirib.
 "Nüfuzlu Brandon Hall Group tərəfindən bu mötəbər mükafatlara layiqgörülməkdən böyük qürur hissi keçiririk. Bu mükafatların hər biri insanresurslarının idarə edilməsinin müxtəlif aspektlərində mükəmməlliyə və hibridbiznes modelinin həyata keçirilməsinə sadiqliyimizi, müxtəlifliyi vəinklüzivliyi təşviq etmək üçün fəal mövqeyimizi, eləcə də əməkdaşların rifahınayanaşmamızı özündə əks etdirir. Bu mükafata layiq görülmək bizi müstəsnaperformans nümayiş etdirmək üçün daha da böyük səy göstərməyə sövq edir", -deyə Azerconnect şirkətinin İnsan resursları üzrə baş müdiri MətanətBabayeva qeyd edib.
"Mükəmməllik Mükafatının qalibləri öz əməkdaşlarına həqiqətən dəyərverən və insan kapitalının idarə edilməsi proqramları vasitəsilə onlara sərmayəyatıran təşkilatlardır. Bu insan kapitalının idarə edilməsi proqramlarının biznes dəyər və əməkdaşlara təsir baxımından ənyaxşıları olduğu sübut edilmişdir" – deyə,Brandon Hall Group Baş əməliyyat direktoru və HCMExcellence Awards proqramının rəhbəri Reyçel Kuk bildirib.
Azerconnect haqqında:
Azerconnect ölkəmizin dinamik şəkildəinkişaf edən İKT və yüksək texnologiyalar sahələrində beynəlxalq standartlarauyğun müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdənbiznesə) şirkətdir. İKT bazarının ən böyük işəgötürənlərindən biri olanAzerconnect texniki, informasiya texnologiyaları və digər əlaqəli istiqamətlərüzrə yerli şirkətlər üçün keyfiyyət göstəricilərinin artırılması və xərclərinoptimallaşdırılmasını təmin edən optimal həllər təklif edir. Azerconnect müxtəlifölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrindəfəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibinədaxildir.  
Qeyd etmək lazımdır ki, Azerconnect şirkətinininnovativ "FLEXcellence" proqramı bundan əvvəl "Ən yaxşı çevik iş strategiyası"nominasiyası üzrə 2022-ci ildə "Azərbaycan İnsan Resursları İnstitutu" tərəfindənmükafata layiq görülüb. Həmçinin, Azerconnect insan resursları sahəsində mükəmməlliyinəgörə altı fərqli kateqoriya üzrə dünyanın nüfuzlu "Ən Yaxşı İşəgötürənlərİnstitutu" (Top Employer Institute) tərəfindən Azərbaycanda 2023-cü il üzrə "ƏnYaxşı İşəgötürən" sertifikatına layiq görülüb.
Brandon Hall Grouphaqqında:
Brandon Hall Group, öyrənmə və istedad üzrərəhbərlər və təşkilatlara məlumat, araşdırma və sertifikatlaşdırma təklif edənyeganə peşəkar inkişaf şirkətidir. İnsan kapitalının idarə edilməsində  ən yaxşı zəkalar yeni dövr üçün gələcəyədavamlı işçilərin inkişaf planlarını yaratmaq istiqamətində Brandon HallGroup-u seçirlər.  30 ildən artıqdır ki,Brandon Hall Group 10 milyondan çox işçi və rəhbərlərin inkişafına təsir edərək,dünya miqyasında təşkilatlarda mükəmməlliyi gücləndirir, tanıdır və sertifikatlaşdırır.Brandon Hall Group-un insan kapitalının idarə edilməsi üzrə Mükəmməlik Mükafatıproqramı bu sahədə ən yüksək standartı təyin edərək, öyrənmə və istedad səylərinəgörə təşkilatları təqdir edən ilk proqram olub.

İqtisadiyyat       Tarix: 26 sentyabr 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

"Trendyol" və "Temu"da qiymətlər niyə səbətdə artır? - İqtisadçı səbəbləri açıqladı

Son vaxtlar "Trendyol", "Temu" və digər onlayn alış-veriş platformalarında məhsulların qiymətinin səbətə əlavə edildikdən sonra artması alıcılar arasında narazılıq yaradır. İstifadəçilər bildirirlər ki

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır

PAŞA Bank 14–16 oktyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşı qismində iştirak edir. Tədbir "Iteca Caspian" şirkətinin təşkilatçılığı ilə baş tutur

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


yeni xeberler son xeberler azerbaycan xeberleri maliyye xeberler bugun xeber.az şou biznes xəbərləri cəbhədən ən son xəbər