"AzerGold" QSC və Bakı Media Mərkəzinin təşkilatçılığı ilə Daşkəsəndə milli kino seansı keçirilib - FOTOLAR
2 Avqust – Azərbaycan Kinosu Günü münasibətilə "AzerGold" QSC və Bakı Media Mərkəzinin birgə təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən rayonunda ilk dəfə olaraq açıq hava şəraitində milli kino seansı təşkil olunub.
Tədbir çərçivəsində Bakı Media Mərkəzinin istehsalı olan "Tağıyev: Neft" tammetrajlı bədii filmi nümayiş etdirilib. Kino həvəskarlarının böyük marağına səbəb olan nümayiş iştirakçılara Azərbaycan kinosunun ən müasir və uğurlu nümunələrindən birini izləmək imkanı yaradıb.
Tarixi bioqrafik dram janrında çəkilmiş "Tağıyev: Neft" filminin baş prodüseri Arzu Əliyeva, rejissoru Zaur Qasımlıdır. Ekran əsəri böyük xeyriyyəçi və görkəmli sahibkar Hacı Zeynalabdin Tağıyevin həyat hekayəsinə həsr olunmuş dördhissəli layihənin ilk filmidir. Filmdə Tağıyevin neft sənayesindəki fəaliyyəti, sahibkarlıq yolu və milli inkişaf naminə gördüyü işlər bədii şəkildə təqdim olunur.
Qeyd edək ki, "Tağıyev: Neft" tammetrajlı bədii filmi Azərbaycanın 98-ci "Oskar" mükafatları üçün "Ən yaxşı beynəlxalq tammetrajlı film" nominasiyası üzrə rəsmi namizədi kimi irəli sürülüb.
Daşkəsən rayonunun Xoşbulaq kəndində yerləşən Gənclərin Təlim və İstirahət Mərkəzinin ərazisində xüsusi olaraq quraşdırılmış açıq hava kinoteatrında filmi 600 nəfərdən çox tamaşaçı izləyib. Nümayiş tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Milli kino irsinin təbliği, Azərbaycan kinosunun uğurlarının regionlarda daha geniş auditoriyaya çatdırılması məqsədi daşıyan bu cür təşəbbüslər "AzerGold" QSC-nin fəaliyyət göstərdiyi regionda mədəni həyatın zənginləşdirilməsinə, milli-mənəvi dəyərlərin və kino sənətinin təbliğinə mühüm töhfə verir. Eyni zamanda, belə layihələr ölkənin müxtəlif bölgələrində yaşayan insanların müasir Azərbaycan kinosu ilə yaxından tanış olmasına, mədəni tədbirlərdə fəal iştirakına və ictimai həmrəyliyin möhkəmləndirilməsinə xidmət edir.










/ azxeber.com
Xidmetler [newsid: 0-123300]

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ
Növbəti üç il ərzində büdcə vəsaitləri bu istiqamətlərdə xərclənəcək
Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Alen Simonyan Moskvadan soruşdu: "Baza mövzusunu kim qaldırıb?"
İlham Əliyev "Qobustan" Günəş Elektrik Stansiyasının açılışında iştirak edib - FOTOLAR
Vətən müharibəsi veteranlarını SEVİNDİRƏCƏK XƏBƏR
Bu ərazilərdə 3 saat işıq olmayacaq
Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq
İspaniya çempion məşqçisi ilə bağlı qərarını verdi
Lənkəranda "Mercedes Vito" TIR-la toqquşdu - Ölən və xəsarət alanlar var
İlham Əliyev dini liderlərə nə dedi? - Əsas mesajlar
Tanınmış iş adamı VƏFAT ETDİ
Kallas Putin və ya Lavrovun zənginə cavab verməyə hazır olduğunu bildirib
Ermənistan Qərbi Azərbaycanda xalqımızın tarixi irsini məhv edib
Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik