"AzerGold" və İDEA İctimai Birliyi məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verdi - FOTO

"AzerGold" və İDEA İctimai Birliyi məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verdi - FOTO"AzerGold" Qapalı Səhmdar Cəmiyyəti İDEA İctimai Birliyinin təşəbbüsü ilə ekoloji siyasətinin davamı olaraq məişət tullantılarının çeşidlənməsi üzrə layihəyə start verib.
Milli.Az xəbər verir ki, "AzerGold" Qapalı Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, layihə çərçivəsində Cəmiyyətin Çovdar Filiz Emalı Sahəsində (ÇFES) tullantıların çeşidlənməsinə başlanılıb. Belə ki, "AzerGold" QSC ilə "Az.Ekol." MMC arasında imzalanan müqaviləyə əsasən ÇFES-də istifadə olunmuş, yararsız pet şüşələri, kağız, karton, plastik tullantıları üçün xüsusi toplama qutuları yerləşdirilib. Sahədə çeşidlənib toplanan tullantılar utilizasiya üçün sözügedən şirkətə təhvil verilərək təkrar emala yönləndiriləcək.
Məişət tullantılarının ətraf mühitə təsirinin mimumuma endirilməsi, istifadəyə yarassız plastik qabların yığımı və çeşidlənməsi qaydaları ilə tanışlıq məqsədilə ÇFES-də informativ təlim keçirilib. Tədbir çərçivəsində ərazidə çalışan işçilərə tullantıların çeşidlənməsinin ətraf mühitə mənfi təsirlərin azaldılmasında rolu, tullantıların təkrar emala yönləndirilməsi üçün tələb olunan qaydalar və bu kimi mövzularda təlimatlandırılıblar.
Xatırladaq ki, "AzerGold" QSC tərəfindən nəinki məişət, cəmiyyətin fəaliyyəti nəticəsində formalaşan bütün növ tullantıların düzgün idarə olunması daim xüsusi nəzarətdə saxlanılır. Həmçinin, ekoloji tarazlığın qorunmasına daim diqqət yetirən "AzerGold" QSC tərəfindən ÇFES-də ekoloji monitorinq proqramının icrası çərçivəsində mütəmadi olaraq tozölçmə işləri həyata keçirilir, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillərin aparılır. Ərazilərin tullantılardan təmizlənməsi üçün Cəmiyyət tərəfindən həmçinin mütəmadi iməcilik aksiyaları keçirilir. Təsadüfi deyil ki, "AzerGold" QSC Ətraf Mühiti İdarəetmə Sistemi üzrə İSO beynəlxalq standartlarına dair sertifikatlara layiq görülüb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 24 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb - FOTOLAR

Dövlət bankı Azər Türk Bankın rəhbərliyi Vətən müharibəsində şəhid olmuş həmkarları Rauf Əliyevin anım günü münasibətilə onun məzarını ziyarət edib. Qəhrəman şəhidimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, məzarı üzərin

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti

Yeni avadanlıq almaq, anbarı doldurmaq, ikinci filial açmaq və ya sadəcə dövriyyəni gücləndirmək istəyirsiniz? Yelo Bank bu planların hamısı üçün sahibkarlara əlverişli mikrokredit təklif edir. xəbər verir ki, sahibkarla

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

AZAL və "Sea Breeze" birgə lotereyanın 100 qalibini müəyyən etdi - FOTOLAR

 Azərbaycan Hava Yolları və "Sea Breeze"inbirgə təşkil etdiyi "Səma və Dəniz" lotereyasının əsas qalibi baş mükafatolaraq "Sea Breeze Resort" ərazisində yerləşən "Park Lane" yaşayı

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA

2025-ci ildə iqtisadi fəaliyyət növləri və cins üzrə orta aylıq nominal əməkhaqqına dair göstəricilər qadınlarla kişilərin qazancı arasında fərqlərin mövcud olduğunu göstərir. Məlumatlara əsasən, 2025-ci ildə qadınların ort

Bank Respublika-dan sərfəli nağd kredit imkanı - "Payız fürsəti

Payız yalnız təbiətin rənglərinin dəyişdiyi deyil, həyatımızda yeniliklərə yer ayırdığımız mövsümdür. Bank Respublika bu mövsümü şəxsi planlarını reallaşdırmaq üçün dəyərləndirmək istəyən müştərilərinə "Payız fürsəti"


azerbaycan xeberleri yeni xeberler son xeberler cəbhədən son xeber son.xeberler ən son xəbərlər en son xeberler bu gun