"AzerGold" və "Kyrgyzaltyn" şirkətləri Bişkekdə əməkdaşlıq perspektivlərini müzakirə etdilər - FOTOLAR

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakirİbrahimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Qırğız Respublikasına işgüzarsəfəri çərçivəsində "Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədri Kubat Abdraimovilə görüş keçirilib.
azxeber.com xəbər verir ki, Bişkek şəhərində keçirilən görüşdə "AzerGold"QSC ilə "Kyrgyzaltyn" ASC arasında əməkdaşlıq və qarşılıqlı fəaliyyət haqqında31 iyul 2026-cı il tarixində Qırğızıstanın Çolpon-Ata şəhərində keçirilmiş Azərbaycan-QırğızıstanDövlətlərarası Şurasının üçüncü iclası çərçivəsində, hər iki ölkənin dövlətbaşçılarının iştirakı ilə imzalanmış Memorandumdan irəli gələn məsələlər, dağ-mədənsahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi və potensial birgəlayihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Zakir İbrahimov dövlət başçılarının liderliyi vəsiyasi iradəsi nəticəsində Azərbaycan ilə Qırğızıstan arasında formalaşmışdostluq və qardaşlıq münasibətlərinin iqtisadi əlaqələrin, o cümlədən dağ-mədənsənayesi üzrə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaratdığınıbildirib.
Görüş zamanı "AzerGold"un geoloji kəşfiyyat,yataqların qiymətləndirilməsi, hasilat və emal sahəsində qazandığı təcrübə barədəməlumat verilib. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzuriqtisadi rayonlarında aparılan geoloji-kəşfiyyat işləri, müasiraeroelektromaqnit və digər qeyri-invaziv kəşfiyyat metodlarının uğurla tətbiqibarədə məlumat diqqətə çatdırılıb.
Bildirilib ki, "AzerGold" ölkə hüdudlarından kənardafəaliyyətinin genişləndirilməsini strateji prioritetlərindən biri kimi müəyyənedib və bu istiqamətdə Mərkəzi Asiya regionunda birgə dağ-mədən və geoloji kəşfiyyatlayihələrinin həyata keçirilməsi imkanlarını araşdırır.
Z.İbrahimov bildirib ki, şirkət qızıl və digərfaydalı qazıntı yataqlarının kəşfiyyatı və istismarı, müasir geoloji tədqiqatmetodlarının tətbiqi istiqamətlərində əməkdaşlığa hazırdır.
"Kyrgyzaltyn" ASC-nin İdarə Heyətinin sədriKubat Abdraimov Qırğızıstanın dağ-mədən sənayesində son illərdə həyata keçirilənislahatlar, "Kyrgyzaltyn" ASC-nin mövcud layihə portfeli və sektorun inkişafperspektivləri barədə məlumat verib. O, dövlət şirkətinin strukturunun təkmilləşdirilməsi,törəmə müəssisələrin fəaliyyət imkanlarının genişləndirilməsi və yeni layihələrinreallaşdırılması istiqamətində görülən işlərdən danışıb.
K.Abdraimov Qırğızıstanda son beş il ərzindədağ-mədən sənayesinin iqtisadiyyatın aparıcı sahələrindən birinə çevrildiyini bildirib.Onun sözlərinə görə, 2020-ci ildən etibarən sektorda genişmiqyaslı islahatlar həyatakeçirilib, investisiyaların cəlb edilməsi və beynəlxalq əməkdaşlığın inkişafıistiqamətində mühüm addımlar atılıb.
"Kyrgyzaltyn" ASC-nin rəhbəri "AzerGold" ilə əməkdaşlıqməsələsinə də toxunaraq, Azərbaycan tərəfinin əməkdaşlıq və qarşılıqlı dəstək təklifinin"Kyrgyzaltyn" tərəfindən müsbət qarşılandığını bildirib. O, aparılan müzakirələrinnəticəsində yeni əməkdaşlıq imkanlarının ortaya çıxa biləcəyini və mövcud perspektivlilayihələrin tərəflər arasında birgə nəzərdən keçiriləcəyini qeyd edib.
Tərəflər perspektivli yataqlar üzrə birgə müəssisələrinyaradılması, investisiya modelləri, geoloji kəşfiyyat nəticələrinin beynəlxalqstandartlara uyğun qiymətləndirilməsi, eləcə də yeni layihələrin maliyyələşdirilməsiimkanları ətrafında geniş fikir mübadiləsi aparıblar. Görüşün yekununda tərəflərqarşılıqlı maraq doğuran istiqamətlər üzrə müzakirələrin davam etdirilməsi və əməkdaşlığınpraktiki layihələrlə genişləndirilməsi barədə razılığa gəliblər.

İqtisadiyyat       Tarix: 15 sentyabr 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd

Qızıl və gümüş ucuzlaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti azalıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 1.24% azalaraq 4.010 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 1.90% ucuzlaşaraq 53.9

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Unibank məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Tədbirin sonunda iştirakçılara sertifikat və hədiyyələr təqdim olunub. Unibank – Sənin Bankın!. /

Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib

Azərbaycanın beynəlxalq sanksiya siyahısına yeni dəyişikliklər edilib. bu barədə Maliyyə Monitorinqi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, dəyişiklik "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunun 5.2-c

Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı

Azərbaycanda 2025-ci ildə muzdla işləyən qadınların orta aylıq nominal əməkhaqqı 874,6 manat, kişilərin isə 1 264 manat olub. xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesablamasına görə, qadınların orta əməkhaqqı kişiləri

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar


yeni xeberler son xeberler azerbaycan xeberleri xeberler valyuta məzənnələri sonxəbər son xeberler 2026